AZE | RUS | ENG |


Məleykə Abbaszadə: “Dövlət qulluğunda çalışanlar hər 5 ildən bir attestasiyadan keçəcək”

Məleykə Abbaszadə: “Dövlət qulluğunda çalışanlar hər 5 ildən bir attestasiyadan keçəcək”
"Dövlət qulluğunda işləyən şəxs hər 5 ildən bir attestasiya imtahanı verəcək”.
 
APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda keçirilən tədbirdə çıxış edərkən deyib.
 
M. Abbaszadə əlavə edib ki, attestasiya imtahanı işə qəbul imtahanı ilə eyni səviyyədə olan bir imtahandır: "Əgər şəxs həmin vəzifəyə yenidən təsdiqlənmək üçün imtahan verə bilməsə, bu barədə onun işlədiyi təşkilata məlumat veriləcək. Şəxs sertifikat aldığı vəzifədən daha yüksək vəzifə üzrə işləmək istəyirsə, onda belə şəxslər mütləq yenidən imtahan verərək müsahibə mərhələsindən də keçməlidir. Vakant yer yaranıbsa, mütləq elan olunmalıdır. "Rəhbərliyin məndən xoşu gəlib, yüksək vəzifəyə təyin edir” fikri doğru deyil. Vakansiyaların elan olunması icra orqanlarının rəhbərlərinin ixtiyarındadır”.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7028
GBP 1 İngilis funt sterlinqi 2.1620
TRY 1 Türk lirəsi 0.4850
KWD 1 Küveyt dinarı 5.6049
SEK 1 İsveç kronu 0.1947
EUR 1 Avro 1.8999
CHF 1 İsveçrə frankı 1.7536
USD 1 ABŞ dolları 1.7022