• şənbə, 20 Aprel, 16:13
  • Baku Bakı 23°C

Məktub yazdı: Xahiş edirəm, getmək haqqında düşünmə

06.02.19 13:30 838
Məktub yazdı: Xahiş edirəm, getmək haqqında düşünmə
"Barselona”nın sabiq futboçusu Xristo Stoiçkov Filppe Koutinoya dəstəyini nümayiş etdirib.
Kaspi.az xəbər verir ki, Stoiçkov Koutinoya məktub yazıb. O, braziliyalıya bildirib ki, özü də "Barsa”ya təzə gələrkən bəzi problemlər yaşayıb:
"Əzizim Filippe! Belə çətin məqamda sənə dəstəyimi bildirmək üçün yazıram. Unutma ki, xeyli futbolçu sənin yerində olmağı arzulayır.
"Barselona” adi klub deyil. Mənim də bu klubdakı ilk aylarım ağır keçdi. Mən də sənin kimi əzab çəkirdim. Amma mən bilirəm ki, bütün bu problemlərin öhdəsindən gələ bilərsən.
Sən inkişaf etmək üçün hər cür keyfiyyətə sahibsən. Xahiş edirəm, getmək haqqında qətiyyən düşünmə. Ona görə ki, başqa belə bir klub yoxdur. "Barsa” bir klubdan daha böyükdür”.
banner

Oxşar Xəbərlər