Məktəblilərin payız tətili neçə gün olacaq?
Bu il Azərbaycanda şagirdlərin payız tətili günləri məlum olub. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu il 5 və 6 günlük məktəblərin şagirdlərinin tətil günləri eyni vaxtda olacaq. 2014-2015-ci dərs ilində payız tətili günləri əvvəlki illərdə olduğu kimi 12-17 noyabr tarixlərindədir.