• çərşənbə axşamı, 16 aprel, 10:03
  • Baku Bakı 14°C

Məktəblilərin mini futbol üzrə Bakı çempionatı olacaq

18.02.15 07:05 1251
Məktəblilərin mini futbol üzrə Bakı çempionatı olacaq
Təhsil Nazirliyinin təşkilatçılığı ilə məktəblilərin mini futbol üzrə Bakı şəhər çempionatı keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məktəblilərin mini futbol üzrə Bakı şəhər çempionatının keçirilməsi barədə təhsil naziri əmr imzalayıb. Fevralın 20-dən martın 18-dək davam edəcək yarışa Bakıda yerləşən ümumtəhsil məktəblərinin VIII sinfində oxuyan oğlanlardan ibarət komandalar qatılacaq.
Çempionatın keçirilməsində məqsəd “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələri yerinə yetirmək, yeniyetmələri sağlam həyat tərzinə cəlb etmək, məktəbli futbolçuların idman ustalıqlarını artırmaq və mini futbolu təbliğ etməkdən ibarətdir. AFFA tərəfindən seçilmiş hakimlərin idarə edəcəyi yarış 3 mərhələ üzrə keçiriləcək. I mərhələ rayondaxili yarışları əhatə edəcək. II mərhələdə yarışlar yarımqruplar üzrə təşkil olunacaq. Sonuncu mərhələdə isə yarımqrupların qalibləri qarşılaşacaq.
Final yarışında I, II və III yeri tutan komandalar Təhsil Nazirliyinin diplom, kubok və qiymətli hədiyyələri ilə təltif olunacaq.
banner

Oxşar Xəbərlər