• cümə axşamı, 25 aprel, 17:43
  • Baku Bakı 23°C

Məktəblilər Qafqaz Universitetində olublar

05.05.15 11:11 1247
Məktəblilər Qafqaz Universitetində olublar
M.Ə.Rəsulzadə Bələdiyyəsinin təşkilatçılığı ilə qəsəbə ərazisində yerləşən 99, 100, 143 saylı tam orta məktəblərin yuxarı sinif şagirdlərinin Qafqaz Universiteti ilə tanışlıq görüşü keçirilib. Görüş M.Ə.Rəsulzadə Bələdiyyəsinin 2015-ci il Fəaliyyət Planına uyğun olaraq, gənc nəslin karyerasını müəyyən etməsində düzgün peşə və ixtisas seçiminin istiqamətləndirilməsi məqsədilə həyata keçirilib. Görüşdə M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədr müavini Leyli Tahirova, bələdiyyə üzvləri Günel Vahabzadə, Ayla İbrahimova və bələdiyyə qulluqçuları, o cümlədən Rəsulzadə qəsəbəsi ərazisində yerləşən 99, 100, 143 saylı tam orta məktəblərin müəllim və şagird kollektivi iştirak ediblər.
Görüşü giriş sözü ilə Qafqaz Universitetinin Abituriyent Mərkəzinin rəhbəri Vüsal Rzayev açaraq, qonaqları salamlayıb. M.Ə.Rəsulzadə Bələdiyyəsinin təşəbbüsü ilə təşkil olunmuş bu görüşdən məmnun olduqlarını ifadə edib.
Sonra Pedoqoji fakültənin dekan müavini Vidadi Bağırov Qafqaz Universiteti haqqında geniş məlumat verib.
Görüşdə şagirdlər kompyuter laboratoriyaları, Tempus otağı, kitabxana və tədris otaqları ilə yaxından tanış olublar.
Görüş zamanı şagirdlərin çoxsaylı suallarını cavablandırılıb.
Sonda Qafqaz Universitetinin rektoru Ahmet Saniç qonaqlara və bütün iştirakçılara təşəkkürünü bildirib.
Kaspi.az

banner

Oxşar Xəbərlər