Məktəblilər arasında “Vergi Olimpiadası” layihəsinin yekun mərhələsi keçirilib - Fotolar
Binəqədi Rayon İcra Hakimiyyəti,
YAP Binəqədi Rayon Təşkilatı, Binəqədi bələdiyyələri, Binəqədi Rayon Gənclər və
İdman İdarəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında keçirilən "Vergi
Olimpiadası” layihəsinin yekun mərhələsi olub.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi
Rayon Təşkilatının sədri Ramiz Göyüşov,
RİH Aparatının şöbə müdiri Elman Dadaşov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi
Bayramov, Rayon bələdiyyə sədrləri, orta ümumtəhsil müəssisələrinin
direktorları, müəllimləri və şagirdləri, fəal gənclər iştirak ediblər.
Müsabiqədə 3 (III-V, VI-VIII,
IX-XI siniflər) qrup üzrə təhsil alan şagirdlər vergi sahəsində öz bilik və
bacarıqlarını nümayiş etdiriblər. Müsabiqə xüsusi metodiki vəsait əsasında
hazırlanmış testlərdəki sualların cavablandırılması vasitəsilə həyata keçirilib.
Tədbirdə çıxış edən Rayon İcra
Hakimiyyəti başçısının
müavini Aygün Əliyeva Binəqədi Rayon İcra
Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı, Binəqədi bələdiyyələri, Binəqədi
Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında
keçirilən "Vergi Olimpiadası” layihəsinin əhəmiyyətindən danışıb. Bildirib ki, "Vergi Olimpiadası”nın
keçirilməsində əsas məqsəd orta ümumtəhsil müəssisələrində təhsil alan məktəblilər
arasında vergitutma sahəsində biliklərin artırılması, yüksək bilik səviyyəli
şagirdlərin müəyyən edilməsi, gənclərə vergi mədəniyyətinin aşılanması, eləcə də
gələcəkdə vergi sahəsində çalışacaq mütəxəssislərin yetişdirilməsi üçün zəmin
yaradılmasından ibarətdir. Bu baxımdan layihədə bələdiyyələrin yaxından
iştirakı təqdirəlayiqdır.
Sonra çıxış edən YAP Binəqədi Rayon Təşkilatının sədri
Ramiz Göyüşov və Binəqədi Bələdiyyəsinin sədri Sitarə Cabbarlı müsabiqə
iştirakçısı olan şagirdlərə uğurlar arzulayıblar.
Müsabiqə qalibləri diplom, kubok və
hədiyyələrlə, digər iştirakçılar isə sertifikatlarla təltif olunublar. Tədbirə rayonun istedadlı gənclərinin
ifasında musiqi nümunələri ilə yekun vurulub.