• cümə, 29 Mart, 18:29
  • Baku Bakı 14°C

Məktəblilər arasında rəsm müsabiqəsi elan olunub

09.05.17 12:18 2075
Məktəblilər arasında rəsm müsabiqəsi elan olunub
Birləşmiş Millətlər Təşkilatı Inkişaf Proqramı və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 iyun "Ümumdünya Ətraf Mühit Günü” münasibəti ilə uşaqlar arasında rəsm müsabiqəsi elan edir.
Müsabiqənin mövzusu:"Məişət tullantılarının ətraf mühitə və insan sağlamlığına mənfi təsirini azaldaq!”
Rəsm müsabiqəsi 7-10 yaşlı uşaqlar arasında keçiriləcək.
Rəsmlər A3 formatında olmalı və mayın 25-də saat 18:00-dan gec olmayaraq aşağıda göstərilmiş ünvana təqdim edilməlidir. Hər rəsmin arxa tərəfində müəllifin adı, soyadı, yaşı, əlaqə telefonu və təhsil aldığı məktəbi göstərilməlidir. Bu məlumatlar olmadan rəsmlər nəzərə alınmayacaq.
Müsabiqənin qaliblərinə mükafatlar təqdim ediləcək. Qaliblərin təltif edilmə mərasimi BMTİP və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə iyunun 5-də keçiriləcək.
Sual və müraciətlər üçün (+994 12) 498-98-88 əlavə (111) nömrəsinə zəng vura bilərsiniz.
banner

Oxşar Xəbərlər