• çərşənbə axşamı, 23 aprel, 14:55
  • Baku Bakı 24°C

Məktəblərdə dərslər dayandırılır

15.11.18 11:38 441
Məktəblərdə dərslər dayandırılır
Noyabrın 16-dan ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ili üzrə payız tətili başlayır. Payız tətili 16-20 noyabr tarixlərini əhatə edir.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, tədris ilinin 5 günlük növbəti - qış tətili isə 27-31 yanvar 2019-cu il tarixlərində olacaq.
Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.
banner

Oxşar Xəbərlər