• cümə, 29 Mart, 10:51
  • Baku Bakı 5°C

"Məktəblər və universitetlər tədris ilinin sonuna qədər açılmayacaq"

16.05.20 09:00 568
"Məktəblər və universitetlər tədris ilinin sonuna qədər açılmayacaq"
"Şadam ki, Davosda keçirdiyimiz görüşdən sonra böyük irəliləyişə nail olmuşuq. Heyətim mənə məlumat verib ki, bu sahələrdə, xüsusən də müzakirə etdiyimiz kimi "Ağıllı şəhər” layihəsi sahəsində işlər yaxşı gedir. İndi isə siz yeni "Smart ölkə” ideyası ilə çıxış edirsiniz”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev CISCO şirkətinin rəhbərləri ilə videokonfransda deyib.
Dövlət başçısı qeyd edib ki, nəinki şəhər infrastrukturu, nəqliyyat, dayanacaq yerləri və bəzi digər şəhər infrastrukturu, o cümlədən qlobal "Smart ölkə” konsepsiyası ortaya çıxır və biz onu tam dəstəkləyirik: "Söylədiyiniz kimi, o, təhsili, kibertəhlükəsizliyi, səhiyyəni və əvvəlcə müzakirə etdiyimiz kimi, əlavə edərdim ki, kənd təsərrüfatı və su ehtiyatlarının idarə olunmasını əhatə edir. Mən buna sonradan qayıdacağam. Lakin ilk olaraq mənə sizin "Quantela” şirkəti ilə əməkdaşlığınız haqqında məlumat verildi. Əlbəttə ki, biz bunu tam dəstəkləyirik. "Smart ölkə” layihəsinin inkişaf gündəliyi üzrə tam tədqiqatın, bir növ "yol xəritəsi”nin hazırlanması da fikrimcə, çox faydalı olardı”.
Azərbaycan Prezidenti bildirib ki, bundan sonra, qarşımızda tam mənzərə aydınlaşacaq: "Atacağımız addımların planı hazır olacaq və yekun nəticə çıxacaq və bu nəticəyə nail olmaq üçün hansı növ ehtiyatların toplanmasına ehtiyac duyulduğunu da biləcəyik. Hazırkı vəziyyətdə "bir-biri ilə bağlantısı olan məktəblər” və təhsil proqramı üçün verdiyiniz dəstək çox vacibdir, çünki sizə məlumat vermək istəyirəm ki, məktəblərimiz və universitetlərimiz koronavirusa görə martın əvvəlindən bağlanıb və tədris ilinin sonuna qədər onlar, birmənalı olaraq, açılmayacaq”.
Prezident İlham Əliyev əlavə edib ki, koronavirusla bağlı işlərin gedişini, onun necə olacağını hələ görməliyik: "Bu günə qədər vəziyyət nəzarət altındadır. Çox az sayda ölənlər var və ciddi məhdudlaşdırıcı tədbirlər sayəsində yoluxmuş insanların sayı da nisbətən aşağıdır. Lakin hazırda biz dünyanın demək olar ki, bütün ölkələri kimi artıq açılış prosesindəyik. Buna görə məsafədən təhsil imkanları həqiqətən çox vacibdir. Əgər bizdə bütün məktəblərimizin tam bağlantısı olan sistem olarsa, onda bu, çox böyük imkana çevriləcək. Siz dediyiniz kimi, bu halda Azərbaycan aparıcı ölkələrdən biri olacaq”.
banner

Oxşar Xəbərlər