• cümə axşamı, 28 mart, 16:25
  • Baku Bakı 16°C

Məktəb rəhbərlərinin “Yay məktəbi” davam edir

10.09.16 13:29 1811
Məktəb rəhbərlərinin “Yay məktəbi” davam edir
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun Təhsil Nazirliyi tərəfindən son iki ildə məktəb rəhbərliyinə təyinat almış direktorlar üçün Qubada təşkil etdiyi "Yay məktəbi” davam edir. Sentyabrın 5-də TİPİİ-də rəsmi açılışı baş tutan "Yay məktəbi”ndə bir-birindən maraqlı və faydalı təlim, seminar, mühazirələrin keçirilməsi nəzərdə tutulub.
"Yay məktəbi"nin ilk dört günündə iştirakçılarla özünü təqdim etmə, ünsiyyət bacarıqları, komanda quruculuğu, məktəb münaqişələri və onların həlli, məktəb mühitinin formalaşdırılması, səriştə əsaslı təhsil, məktəbdə sosial layihələr, məktəbdə təhsil keyfiyyətinin təminatı, müəllimin dərs fəaliyyətinin qiymətləndirilməsi mövzularında müzakirələr aparılmış, seminar və mühazirələr keçirilib.
"Yay məktəbi”nin beşinci günündə məktəb rəhbərlərinin Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər. Muzey bələdçiləri iştirakçıları qazıntılar zamanı aşkarlanmış soyqırım faktını sübut edən məzarlıq haqqında məlumat verdikdən sonra 2013-cü ildə istifadəyə verilən muzey ilə tanış edib. Ekskursiya zamanı 1918-ci ildə ermənilər tərəfindən törədilən silsilə soyqırımlar, öldürülən insanların sayı və əraziləri "Yay məktəbi” iştirakçılarına geniş şəkildə izah edilib. Sonda iştirakçılar muzeyin xatirə dəftərinə ürək sözlərini qeyd ediblər.
Hazırda "Yay məktəbi” öz işini davam etdirir. Növbəti günlərdə iştirakçılara məktəb sənədləri və hesabatlılıq, məktəb qrant layihələrinin idarəçiliyi haqqında məlumat veriləcək, qrup işi və təqdimatlarla ötürülən informasiyalar praktik şəkildə möhkəmləndiriləcək. Sentyabrın 11-də "Yay məktəbi”nin rəsmi bağlanış mərasimi keçiriləcək.
banner

Oxşar Xəbərlər