• cümə, 29 Mart, 13:49
  • Baku Bakı 14°C

Meksikaya “yox” dedi, ABŞ-ı istəyir

27.07.18 11:35 525
Meksikaya “yox” dedi, ABŞ-ı istəyir
Meksika yığmasının baş məşqçisi Xuan Karlos Osorio istefa verib.
Kaspi.az xəbər verir ki, Meksika Futbol Federasiyası DÇ-2018-dən sonra Osorioya yeni müqavilə təklif edib. Ancaq mütəxəssis bu təklifi qəbul etməyib.
Mətbuatda yayılan məlumata görə, Osorio bir neçə təklif alıb. Kolumbiya və ABŞ yığmaları onun xidmətində maraqlıdırlar.
İddialara görə, mütəxəssis amerikalıların təklifini nəzərdən keçirir və böyük ehtimalla ABŞ yığmasında çalışacaq.
banner

Oxşar Xəbərlər