AZE | RUS | ENG |

Meksikanın Azərbaycandakı səfiri Bakı Dövlət Universitetində olub

Meksikanın Azərbaycandakı səfiri Bakı Dövlət Universitetində olub
Meksikanın Azərbaycandakı səfiri Rodrigo Labardinin Bakı Dövlət Universitetində olub. Qonağı qəbul edən rektor, akademik Abel  Məhərrəmov BDU-nun elm-təhsil sahəsindəki uğurlarından, beynəlxalq əlaqələrindən, o cümlədən xarici universitetlər ilə həyata keçirdiyi layihələrindən bəhs edib. BDU-nun Anahuak Mexiko Del Sur Universiteti ilə əlaqələrindən danışan rektor, bu ölkənin digər ali təhsil ocaqları ilə münasibətlərin qurulmasında maraqlı olduğunu diqqətə çatdırıb. Səfir, öz növbəsində, təmsil etdiyi ölkə universitetləri ilə BDU arasında nəzərdə tutulan bütün layihələrin həyata keçirilməsinə dəstək olacağını qeyd edib. Rodrigo Labardinin BDU-nu zəngin ali təhsil ocağı kimi dəyərləndirib, universitetin laboratoriya və mərkəzlərinin onda xoş təəssürat yaratdığını bildirib. Universitetdə təhsil və elmin inkişafı üçün qabaqcıl texnologiyanın tətbiq edildiyini qeyd edən səfir, müəllim-tələbə heyəti üçün münbit şəraitin yaradıldığını da bildirib. Qeyd edək ki,  Rodrigo Labardinin hüquq və iqtisadiyyat sahəsində təhsil alıb. Bu sahədə iki kitab və onlarla elmi məqalənin müəllifi olan səfir Amerikanın bir sıra universitetlərində,  beynəlxalq hüquq, insan hüquqları, ekstradisiya, əks-terror və terror, beynəlxalq müqavilələr mövzularında dərslər aparıb.  

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917