• cümə, 29 Mart, 19:49
  • Baku Bakı 14°C

Meksikalı skripka ifaçısının Bakıdakı konserti

12.10.18 13:25 577
Meksikalı skripka ifaçısının Bakıdakı konserti
Meksika mədəniyyətini Azərbaycanda təşviq etmək, eyni zamanda ikitərəfli mədəni əlaqələri gücləndirmək məqsədilə Meksikanın Azərbaycandakı Səfirliyi, Landmark oteli ilə əməkdaşlıq əsasında meksikalı caz musiqiçi Eduardo Bortolottinin konsertini təşkil etdi. Konsert oktyabrın 10-da adıçəkilən oteldə baş tutdu. Bakıda ilk dəfə çıxış edən meksikalı musiqiçi yerli tamaşaçılar tərəfindən isti qarşılandı.
Bəstəkar və skripka ifaçısı Eduardo Bortolotti Meksikanın Puebla şəhərində dünyaya göz açdı. Peşəkar təhsilini Puebla Muxtar Universitetində başladı. Caz musiqisi sahəsində təhsilini davam etdirmək üçün 2012-ci ildə Polşaya köçdü. Çexiya, Polşa, Turkiyə və Kiprda baş tutan müxtəlif konsertlərdə çıxış edərək ənənəvi Meksika musiqisini təmsil etmişdir.
Müəllim kimi Eduardo musiqi üzrə müxtəlif master-klassları həyata keçirib. Sonuncu master-klass Meksikanın Puebla Universitetinin tələbələri üçün keçirilmişdir. Məhz bu tədbir musiqiçi üçün böyük əhəmiyyət kəsb etdi, belə ki, illər sonra peşəkar kimi böyüməyə başladığı yerə qayıtdı.
Mədəniyyət sahəsindəki ikitərəfli əlaqələrə gəldikdə, Meksika Səfirliyi xalqlar arasında yaxınlaşma üçün mədəniyyəti ən yaxşı körpü hesab etdiyi üçün bu cür tədbirlərin keçirilməsinə xüsusi əhəmiyyət verir. Bununla da, son üç il ərzində bu Diplomatik Nümayəndəlik tərəfindən 100-dən artıq fəaliyyətlə 65 mədəni tədbir baş tutmuşdur.
banner

Oxşar Xəbərlər