AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Meksika və Azərbaycan arasında ikitərəfli münasibətlərin möhkəmlənməsi

Meksika və Azərbaycan arasında ikitərəfli münasibətlərin möhkəmlənməsi

Təfsilat
25 Fevral 2020, 17:07 830
Meksika və Azərbaycan arasında 20 oktyabr 2017-ci il tarixində imzanalmış təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlıq haqqında Saziş, hər iki ölkənin daxili prosedurlarının yerinə yetirilməsi ilə, cari ilin 22 fevral tarixində qüvvəyə minmişdi.
Qeyd olunan Saziş sahələrin geniş spektrini əhatə edir. Təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrini əhatə edərək, eyni zamanda, ekspert, tələbə, müəllim və nəşrlər mübadiləsi, həmçinin, tarixi, bədii və mədəni irsin qorunması və bərpası üçün əməkdaşlıq proqramları, müəllif hüquqları, kinematoqrafiya və mədəni sənayelər mövzuları kimi müxtəlif əməkdaşlıq sxemlərini nəzərdə tutur.
Təhsil sahəsində isə Meksika və Azərbaycan müxtəlif əməkdaşlıq sxemlərinin inkişafına təkan verməyə hazır olacaqlar: universitetlərarası əlaqələr, yay proqramları, orta təhsil sistemlərində təcrübə mübadiləsi və s. Bu xüsusda, ADA Universiteti (Azərbaycan) ilə Puebla Amerika Universiteti (Meksika) arasında yenilikcə imzalanmış və daha sıx universitetlərarası bağlılığa yönlənən Anlaşma Memorandumu qeyd olunur.
İkitərəfli münasibətlərin mühüm hissələrindən biri elmi-texniki əməkdaşlıqdır. Sözügedən sənədin imzalanması ilə hər iki ölkədə yüksək elmi inkişafa malik sahələr üzrə təcrübədən yararlanmaq üçün layihələrə təkan veriləcək. Xüsusi maraq cəlb edən əməkdaşlıq sahələrindən biri kənd təsərrüfatıdır (Aqrotexnologiya sahəsi üzrə əməkdaşlıq imkanları: məs. optimallaşdırılmış və quraqlığa davamlı toxumlar). Burada Meksika təcrübəsindən yararlanmaqla Azərbaycan torpağına uyğunlaşa bilən meyvə-tərəvəz növlərinin Azərbaycanda inkişafına dair imkanlarının kəşf olunması mümkünlüyü yer alır. Eyni zamanda, energetika sahəsi (karbohidratlar və təmiz enerji mənbələri), nəqliyyat, informasiya texnologiyarı və s.
Gənclərə dəstək xalqların dinamik və dayanıqlı artımını təşviq edir. Bu baxımdan, hər iki ölkənin gəncləri arasında əlaqələrin qurulması effektiv və məhsuldar əməkdaşlığa zəmanət verir. Bugün Meksika və Azərbaycan gəncləri çoxsaylı sahələrdə iştirak edir və yeni əməkdaşlıq yollarını kəşf etməkdə maraqlıdırlar.
Mədəniyyət xalqlar arasında yaxınlaşmanın əsas körpülərindən olaraq qalmaqdadır. Coğrafi baxımından bir-birindən uzaq olan xalqlar arasında məsafəni qısaldan yollar açır. Bu Diplomatik Nümayəndəlik müxtəlif mədəni tədbirlər vasitəsilə Azərbaycanın şəhər və rayonlarında, bütün ölkədə Meksika mədəniyyətinin zənginliyini təşviq etmişdir: klassik, xalq və caz musiqisi konsertləri, rəqs təqdimatları, rəsm sərgiləri, milli mətbəx nümunələrinin təqdimatı, kino festivallar, teatr tamaşalarının nümayişi və s. Saziş bu əməkdaşığa daha böyük təkan verəcək.
İdman dünyasında Meksika və Azərbaycanın zəngin təcrübəsi vardır. Hər iki ölkə müxtəlif idman növlərində mühüm nailiyyətlərə malikdir. Bununla belə, sektor üzrə əməkdaşlığın inkişafına təkan verəcək və bölüşəcək təcrübə və bilikləri mövcuddur. Meksikalı idmançılar dünya yarışlarında – gimnastika, F1, şahmat və s. - iştirak etmək üçün tez-tez Azərbaycan paytaxtına səfər edirlər. Azərbaycanlı idmançılar, həmçinin, dünya yarışlarından öncə Meksikada təlim-məşq toplantılarını həyata keçiriblər.
Meksika Səfirliyi indiki və gələcək nəsillərin rifahı üçün Meksika ilə Azərbaycan arasında sıx əməkdaşlığa yol açan adıçəkilən Sazişin qüvvəyə minməsini salamlayır.