Meksika Ticarət nümayəndəliyi 23-30 aprel tarixlərində Azərbaycana gələcək
Məqsədi
Azərbaycanla əlaqələrin və münasibətlərin möhkəmləndirilməsi olan Meksika
Səfirliyinin təbliğat fəaliyyətinin nəticəsində, 23-30 aprel tarixlərində
Azərbaycana Meksika Ticarət Nümayəndəliyi gələcək. Ticarət Missiyası bir neçə
tekila istehsalçısı və Milli Tekila Sənayesi Palatasının bir nümayəndəsindən
ibarətdir. Missiya Azərbaycan sahibkarları, idxalçı və distribyutorları ilə bir
sıra işgüzar görüşlər və dequstasiyalar keçirəcəkdir. Son illər ərzində
Azərbaycan bazarında bu içkiyə qarşı marağın artması müşahidə olunur. Belə ki,
Azərbaycan Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2017-ci il
ərzində Azərbaycan tərəfindən idxal olunan spirtli içkilərin (araq, viski, rom,
aquardiente, cin, şərab və likör istisna olmaqla) 52%-i tekilanın üzərinə
düşür.
Tekila dünyada idxal üzrə viski və vodkadan sonra üçüncü içkidir, hansıkı Meksikanın Qərbində yerləşən Xalisko ştatının Tekila şəhərində istehsal olur. 12 iyul 2006-cı ildə tekila istehsal edən Meksika şəhəri Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət təşkilatı (YUNESKO) tərəfindən "Aqava plantasiyasının landşaftı və tekila istehsal edən qədimi müəssələr” adı ilə Bəşəriyyətin irsi elan edilib.
Tekila – Meksikanın tarixini, mədəniyyətini və müxtəlifliyini simvolizə edən tanınmış içkisidir. Meksikanın ənənəvi içkisi olan tekila Azərbaycan icmasının Meksika mədəniyyəti və gastronomiyası ilə birgə içkinin müxtəlifliyi və istehsal mərhələsi ilə tanış olması üçün ən uyğun variantdır.