• cümə, 19 Aprel, 23:45
  • Baku Bakı 24°C

Meksika səfirinin İmişliyə səfəri

14.03.18 19:17 755
Meksika səfirinin İmişliyə səfəri
Regionlararası əlaqələrə təkan vermək məqsədilə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev ilə görüşmək üçün rayona səfər edib.
Səfiri salamlamaqdan məmnun olduğunu bildirən İH-in başçısı rayon və onun əsas sənaye sahələri haqqında ətraflı məlumatı təqdim edib. Bundan əlavə, İmişlinin kənd təsərrüfatı potensialından, eyni zamanda, İH tərəfindən həyata keçirilən tədbirlərdən söz açıb.
Səfir Labardini, öz növbəsində, bu diplomatik nümayəndəliyin əsas məqsədlərindən biri olan regionlararası əlaqələrin inkişafını qeyd edib. Belə ki, onlar ikitərəfli münasibətlərin gücləndirilməsinə töhfə verir. Həmçinin, son iki onillik ərzində müşahidə olunan Meksikanın iqtisadi inkişafından danışan səfir bildirib ki, bugün Meksika regionun ticarət, nəqliyyat və logistika mərkəzinə çevrilib, dünyanın əsas turizm istiqamətlərindən biri olub.
Tərəflər iki ölkə arasında müxtəlif sahələrdə hüquqi baza ilə möhkəmləndirilmiş əməkdaşlığı müzakirə ediblər. Eyni zamanda, Meksika ilə Azərbaycanın şəhərləri arasında mümkün qardaşlaşmadan söhbət açıblar.
İmişliyə səfəri zamanı səfir Labardini müxtəlif istehsal və emal proseslərini tanımaq məqsədilə şəkər və pambıq fabriklərini, həmçinin istixana kompleksini ziyarət edib.

banner

Oxşar Xəbərlər