• cümə, 26 Aprel, 11:54
  • Baku Bakı 12°C

Meksika səfiri Müdafiə Sənayesi Nazirliyində olub

07.02.17 19:22 935
Meksika səfiri Müdafiə Sənayesi Nazirliyində olub
Fevralın 7-də Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini ilə müdafiə sənayesi naziri Yavər Camalov arasında görüş baş tutub. Görüşdə ikitərəfli münasibətlər, əməkdaşlığın genişlənməsində hər iki ölkə səfirliklərinin oynadığı rol və müxtəlif sahələrdə əlaqələrdən danışılıb. Səfirlikdən "Kaspi”yə daxil olan məlumata görə, tərəflər müdafiə sənayesi sahəsində mümkün təcrübə mübadiləsi, həmçinin, Meksika və Azərbaycanın təşkil etdiyi müvafiq beynəlxalq sərgilərdə iştirakdan söz açıblar.
Səfir Labardini hal-hazırda dünyanın 14-cü iqtisadiyyatı olan Meksikada elektron sənayesinin inkişafını qeyd edib.
Görüşün sonunda tərəflər əməkdaşlığın qurulması və inkişaf etməsində maraqlı olduqlarını ifadə ediblər.
banner

Oxşar Xəbərlər