• cümə, 29 Mart, 03:05
  • Baku Bakı 7°C

Meksika kitab oğurluğuna görə Argentinadakı səfirini geri çağırır

09.12.19 11:45 414
Meksika kitab oğurluğuna görə Argentinadakı səfirini geri çağırır
Meksikanın Argentinadakı səfiriOskar Rikardo ValeroBuenos-Ayresdə mağazadan kitab oğurluğunda ittihamlarla əlaqədar ölkəsinə çağırılıb.
"Report” xəbər verir ki, bu barədə MeksikanınXarici İşlər Nazirliyinin başçısıMarselo Ebrardözünün"Twitter”dəki səhifəsində yazıb.
"Mən Etika üzrə komitəyə məşhur mağazadan kitab oğurluğunda ittiham edilən Argentinadakı səfirlə bağlı hadisəni öyrənməyi xahiş etdim. Hələ ki mən ona evə qayıtmaq barədə göstəriş imkan verdim", - deyə Meksikanın Xarici İşlər Nazirliyinin başçısı "Twitter”də yazıb.
"Ateneo” mağazasının müşahidə kamerası76yaşlı diplomatın Cakomo Kazanovın tərcümeyi-halını qəzetə bükərək oğurlamağa çalışmasını qeydə alıb. O, mühafizəçilər tərəfindən yaxalanıb və polisə aparılıb.
"Əgər videonun həqiqətə uyğunluğu təsdiq edilsə, o, dərhal vəzifədən kənarlaşdırılacaq", - Ebrard qeyd edib.
banner

Oxşar Xəbərlər