• cümə, 26 Aprel, 23:45
  • Baku Bakı 22°C

Meksika-Azərbaycan parlamentlərarası əməkdaşlıq

16.02.18 17:16 498
Meksika-Azərbaycan parlamentlərarası əməkdaşlıq
Parlamentlərarası əlaqələrə təkan vermək məqsədilə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Milli Məclisə gəldi və Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov, habelə Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli ilə görüşdü. Səfirlikdən "Kaspi”yə verilən məlumata görə, ikitərəfli münasibətlərdən danışarkən əməkdaşlığın müxtəlif sektorları üzrə əlaqələrin intensivləşdirilməsi qeyd olundu. Meksika ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı üçün təməl hesab olunan hüquqi bazanın möhkəmlənməsi vurğulandı. Tərəflər hər iki ölkənin parlamentləri arasında qarşılıqlı səfərlərin stimullaşdırması zəruriliyini qeyd etdilər. Bundan əlavə, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan söz açıldı. Məsələ ilə əlaqədar, səfir Labardini miqrasiya, ətraf mühit və s. mövzular üzrə beynəlxalq hüquqi bazanın yaradılmasına dair Meksikanın bir sıra təkliflərindən məlumat verdi.
banner

Oxşar Xəbərlər