• çərşənbə axşamı, 23 aprel, 12:00
  • Baku Bakı 24°C

“Məişət zorakılığına qarşı mübarizə sahəsində ictimai fəallığın təşviqi”

09.07.18 11:57 213
“Məişət zorakılığına qarşı mübarizə sahəsində ictimai fəallığın təşviqi”
"Ailə” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Məişət zorakılığına qarşı mübarizə sahəsində ictimai fəallığın təşviqi” adlı layihə çərçivəsində növbəti maarifləndirmə tədbiri Bərdə rayonunda təşkil edilib.
Tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, gənclər və idman idarəsinin, qeydiyyat idarəsinin məsul əməkdaşları, təhsil, səhiyyə və mədəniyyət işçiləri, dini icmanın üzvləri iştirak ediblər.
Bərdə rayon İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Fəxrəddin Əzizov tədbiri açaraq, bu tədbirin keçirilməsinin əhəmiyyətindən söz açıb və iştirakçıları fəal olmağa dəvət edib.
Tədbirdə layihənin eksperti Vəsilə Möhsümova öz çıxışında layihənin məqsədi, vəzifələri, bu istiqamətdə görülən işlər haqqında məlumat verib və layihənin icrasına dəstək göstərdiyinə görə Şuraya, tədbirin təşkilinə şərait yaratdığına görə isə Bərdə Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirib.
O, çıxış edərək ölkəmizdə insan hüquqlarının təmini, qadın hüquqlarının müdafiəsi və gender bərabərliyi, məişət zorakılığının qarşısının alınması sahəsində görülən işlər, "Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun icrası vəziyyəti, bu sahədə dövlət qurumları və QHT-lər tərəfindən həyata keçirilən tədbirlərdən söz açıb.
Layihənin eksperti məişət zorakılığı ilə mübarizə sahəsində beynəlxalq təcrübəni öyrənərək milli səviyyədə uyğunlaşdırmaqla tətbiq olunması, nikahsız ailələrin qurulmasının qarşısının alınması istiqamətində tədbirlərin görülməsi, hüquq-mühafizə orqanlarının əməkdaşlarının və digər aidiyyatı qurumların nümayəndələrinin müntəzəm olaraq maarifləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Daha sonra, Bərdə rayon prokurorunun köməkçisi Coşqun Nəcəfov, gənclər və idman idarəsinin rəis əvəzi Aydın Qasımov, qeydiyyat idarəsinin rəis əvəzi Nəriman İsmayılov, polis şöbəsinin inspektoru Vüsalə Əzimova, Bərdə cümə məscidinin axundu Həsən Allahverdiyev tədbirdə çıxış edərək, hər biri öz təmsil etdiyi qurumların səlahiyyətləri çərçivəsində məişət zorakılığı, o cümlədən erkən nikah halları ilə mübarizə sahəsində görülən işlər, belə hallarla rastlaşdıqları zaman həyata keçirdikləri tədbirlər barədə ətraflı məlumat veriblər.
Tədbirdə iştirakçılarının çoxsaylı sualları cavablandırılıb və səmərəli fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər