• çərşənbə, 24 Aprel, 01:22
  • Baku Bakı 14°C

Məişət sabunu: həm təmizlik, həm də sağlamlıq vasitəsi

16.01.19 12:07 1170
Məişət sabunu: həm təmizlik, həm də sağlamlıq vasitəsi
Vaxtilə evdar qadınlar üzərinə 72 faiz yazılmış məişət sabunundan yalnız paltar yumaq üçün istifadə etmirdilər. Yaşlı sakinlər indi də onun müxtəlif sahələrdə tətbiq edildiyini yaxşı xatırlayırlar. Ondan həm təbii müalicə vasitəsi kimi də istifadə olunur.
AZƏRTACmütəxəssislərə istinadən bildirir ki, gur, uzun və sıx saçlara sahib olmaq və yaxud da kəpəkdən xilas olmaq üçün məişət sabunundan təsirli vasitə tapmaq qeyri-mümkündür.
Şampundan istifadə ediləndən sonra saç həmin sabunla yuyulur və 1-2 çay qaşığı üzüm sirkəsi qatılmış su ilə yaxalanması yağlı saçı olanlar üçün düşərlidir.
Depilyasiyadan sonra dəridə səpkilərin əmələ gəlməməsi üçün dərhal həmin yerə məişət sabunu sürtülür.
Həftədə iki dəfə məişət sabunla yuyunmaq dərinin cavan qalmasına kömək edir və yuyunandan sonra üzə uşaq kremi çəkilir.
Həmin sabundan hazırlanmış suya kisə batırıb sürtülməsi buxarda yumşalmış bədəndə məsamələrə dolmuş çirki tamamilə təmizləyir.
Soyuqdəymənin ilk əlamətləri hiss edilən kimi azca sabun əridilərək suya qatılır, pambıqdan düzəldilmiş tampona batırılaraq burun dəliklərinə yerləşdirilir. Həmin vasitə ilə həm də göbələk xəstəliklərinin qarşısını tamamilə almaq olur.
Sabuna batırılmış diş fırçası ilə zədələnmiş nahiyə yaxşı təmizlənəndən sonra yod çəkilir.
Diş fırçasının məişət sabunu ilə yuyulması və bir qat sabun üzərində qalmaq şərtilə gecədən səhərədək saxlanılması mikrobları məhv edir.
Şişın yatması, eləcə də göyərmiş yerlərin sağalması üçün həmin nahiyəyə gündə iki dəfə sabundan hazırlanmış məhlul sürtülür.
Yatmazdan əvvəl irinlənmiş nahiyəyə bərabər rəndələnmiş soğan, məişət sabunu və şəkər tozu qarışdırılıb maz şəklinə salınır, sürtülərək bağlanır.
Dabanın çatlamış yerinə 2 litr qaynar suya 1 çay qaşığı soda və 1 xörək qaşığı sürtülmüş məişət sabunu qarışdırılaraq vanna edilir.
Dəri günəş işığının təsiri nəticəsində yananda həmin nahiyəyə məişət sabunu sürtülərək quruyanadək saxlanılması dərinin yandığı nahiyəni bərpa edir və uçuqlamağa imkan vermir.
banner

Oxşar Xəbərlər