• cümə, 29 Mart, 06:39
  • Baku Bakı 5°C

Məhz indi dünyanın ən yaxşısı odur

25.04.18 12:20 877
Məhz indi dünyanın ən yaxşısı odur
"Liverpul”un əfsanəsi Stiven Cerrard Məhəmməd Salah barədə danışıb.
Kaspi.az xəbər verir ki, Cerrard Salahın hazırda dünyanın ən yaxşı futbolçusu olduğunu qeyd edib. O, misirli futbolçunu Messi və Roanldo ilə müqayisə etməyin gərəksiz olduğunu deyib:
"Salah hazırda karyerasının ən yaxşı dönəmini yaşayır. Onu Ronaldo və Messi ilə müqayisə etmək çox çətindir.
Heç buna gərək də yoxdur. Onlar ildən ilə möhtəşəm olublar. Salah isə məhz indi dünyanın ən yaxşı futbolçusudur”.
"Liverpul” ÇL-in yarımfinalının ilk oyununda "Roma”ya 5:2 hesabı ilə qalib gəlib. Salah 2 qol vurub, 2 qol ötürməsi edib.
banner

Oxşar Xəbərlər