• cümə, 29 Mart, 13:37
  • Baku Bakı 14°C

Məhz bu vaxtdan sonra kompüter beyni xarab etməyə başlayır

16.01.17 10:00 945
Məhz bu vaxtdan sonra kompüter beyni xarab etməyə başlayır
Gündə 257 dəqiqə kompüter arxasında vaxt keçirmək yeniyetmələrin sağlamlığına ziyan vurmur. Trend Sputnik-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Oksford Universitetinin alimləri yayıblar.
Onların apardığı tədqiqat nəticəsində məlum olub ki, günün 257 dəqiqəsini kompüter arxasında keçirmək yeniyetmələrin inkişafına müsbət təsir göstərir. Amma bu vaxtdan sonra kompüter uşaqların kövrək beyinlərinə neqativ təsir göstərməyə başlayır.
Sözügedən araşdırmanın iştirakçıları Böyük Britaniyanın 120 min yeniyetməsi olub. Onlar sorğu anketinə öz gadjetləri ilə nə qədər vaxt keçirdiklərini qeyd ediblər. Sorğu nəticəsində məlum olub ki, gənclər vaxtlarının çoxunu kompüter və televizor arxasında deyil, məhz smartfonlarla keçirirlər.
Ekspertlər həmçinin müəyyən ediblər ki, ekran qarşısında nə qədər vaxt keçirmək sağlamlığa zərər vermir. Alimlərin sözlərinə görə, yeniyetmələr gündə 100 dəqiqə kompüter oyunları oynaya bilərlər.
Smartfonlardan 117 dəqiqə istifadə etmək, televizora isə 221 dəqiqəyə qədər baxmaq olar. Psixoloq Endryu Prabilzki bildirib ki, yeniyetmələr internet şəbəkəsindən faydalı məlumatlar əldə edə, reklamla birlikdə yeni şeylər öyrənə bilərlər. Bununla yanaşı, müasir texnologiyadan neqativ məqsədlər üçün istifadə etmək olmaz.
"257 dəqidə bacarıqları inkişaf etdirmək və sosial əlaqələr saxlamaq üçün kifayətdir. Bu vaxt başa çatdıqdan sonra personal kompüterlər artıq yüklənmə səbəbindən yeniyetmələrin beyninə mənfi təsir göstərməyə başlayır" — deyə alim bildirib.
banner

Oxşar Xəbərlər