• çərşənbə axşamı, 23 aprel, 10:39
  • Baku Bakı 20°C

Mehriban Əliyevaya “Ülviyyət” mükafatı verilib

14.06.13 09:25 2608
Mehriban Əliyevaya “Ülviyyət” mükafatı verilib
APA-nın məlumatına görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan Qadınlarının IV Qurultayında bildirib.
H. Hüseynova deyib ki, M. Əliyeva qadın ictimaiyyəti tərəfindən gələn çoxsaylı arzu və təkliflər nəzərə alınaraq bu mükafatına layiq görülüb.
H. Hüseynova qeyd edib ki, ülviyyət M. Əliyevanın humanist missiyasının ayrılmaz parçasıdır: “Mehriban Əliyeva ölkənin gələcəyi üçün böyük sədaqət və tükənməz sevgi ilə çalışır. Buna əsasən də Mehriban Əliyeva Azərbaycan qadınları tərəfindən “Ülviyyət” ictimai mükafatına layiq görülür. Ona uzun ömür, can sağlığı, səmərəli fəaliyyətinə sonsuz uğurlar arzulayırıq”.
banner

Oxşar Xəbərlər