AZE | RUS | ENG |

Mehriban Əliyevanın fəaliyyəti dünyada sülhə, mədəni inkişafa böyük töhfədir - Fotolar

Mehriban Əliyevanın fəaliyyəti dünyada sülhə, mədəni inkişafa böyük töhfədir - Fotolar
Birinci vitse-prezidentin gördüyü işlər Azərbaycanla yanaşı, dünya miqyasında da yüksək qiymətləndirilir

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini Mehriban Əliyeva həmişə ölkəmizin ictimai-siyasi, mədəni həyatında mühüm və fəal rol oynayıb. Ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, onun milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanması məqsədi ilə 2004-cü ildə yaradılmış Heydər Əliyev Fondu məhz Mehriban xanımın rəhbərliyi altında Azərbaycanın, eləcə də regionun ən böyük ictimai təşkilatına çevrilib. 

Ulu öndərin adını daşıyan Fond milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına xüsusilə köməklik göstərib. Bununla yanaşı, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirlər, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələr Heydər Əliyev Fondu tərəfindən daim dəstəklənib. Mehriban xanımın rəhbərlik etdiyi Fond, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılması istiqamətində də mühüm tədbirlər həyata keçirib. Ona görə də Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən daim yüksək qiymətləndirilib. 
 


Heydər Əliyev Fondu regionun ən böyük ictimai təşkilatı kimi beynəlxalq aləmdə öz fəaliyyəti ilə də diqqət çəkir. Fond Azərbaycanın hüdudlarından kənarda irimiqyaslı layihələr həyata keçirir, məktəblər tikir, təmirə ehtiyacı olan binaları təmir etdirir. Misal üçün, müxtəlif illərdə Fond tərəfindən Gürcüstan, Hollandiya, Misir, Pakistan, Rumıniya və Rusiyada bir sıra məktəblər yenidən qurulub və əsaslı təmir olunub. 2013-cü ildə ABŞ-ın Merilend ştatında yerləşən məktəblərdə interaktiv lövhələrin və əlil uşaqlar üçün müvafiq avadanlığın alınmasına maliyyə yardımı edilib, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kor və zəif görən uşaqlar, həmçinin gənclər üçün mərkəz yenidən qurulub. Beləliklə də ulu öndər Heydər Əliyevin adını daşıyan bu təşkilat Azərbaycanın dünya dövlətləri ilə münasibətlərinə özünəməxsus töhfə verib, mədəni, humanitar əlaqələrin inkişafında mühüm rol oynayıb. Belə fəaliyyət indi də davam etməkdədir. Bu çərçivədə Vatikan-Azərbaycan əlaqələrinin inkişafı xüsusilə vurğulanmalıdır.
 
 
 
Çünki bu əlaqələrdən irəli gələrək, 2012-ci il iyunun 22-də Romada Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında "Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş” imzalanıb. Həmin sazişə uyğun olaraq, Müqəddəs Marçellinio və Pietro katakombaları Heydər Əliyev Fondu tərəfindən bərpa edilib. 2014-cü il iyunun 2-də Mehriban Əliyeva bərpa edilmiş Roma katakombaları ilə tanış olub, 2016-cı il fevralın 23-də isə onların açılış mərasimində iştirak edib. Qeyd edək ki, Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakomba arasında məhz bu katakombalar xristian aləmi üçün ən mühüm abidələrdən hesab edilir. Bu layihənin icrası xristian aləminin müqəddəs abidələrinə müsəlman dünyasının töhfəsi kimi qiymətləndirilib. Belə ki, müsəlman ölkəsində fəaliyyət göstərən Heydər Əliyev Fondunun xristian aləminin incəsənəti və mənəvi dəyərlərinə verdiyi bu töhfə Roma tarixində ilk hadisədir. Bu, Azərbaycanın dinlər və mədəniyyətlər arasında oynadığı tarixi roldan qaynaqlanır.
 
 

Bundan başqa, Vatikan Apostol Kitabxanasında mövcud olan bir çox əlyazmalar, o cümlədən Azərbaycana və regiona aid müxtəlif əlyazmalar da 2014-cü ildə Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunub. Birinci mərhələdə 48, ikinci mərhələdə 16 əlyazma, üçüncü mərhələdə isə 11 əsər bərpa olunub. Belə tədbirlərin davamı olaraq, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Vatikan Apostol Kitabxanasının direktoru Jan Lui Bruqes "2015-2016-cı illərdə yeni əlyazmaların bərpa edilməsi və onların rəqəmsallaşdırılması”na dair yeni müqavilə də imzalayıblar. Bu müqavilə çərçivəsində də bir çox işlər görülüb. 

Təbii ki, Heydər Əliyev Fondunun fəaliyyəti Vatikan rəsmiləri tərəfindən yüksək qiymətləndirilib, Fondun prezidenti Mehriban Əliyevanın əməyi dəyərləndirilib. 
 
 

Bu günlərdə isə Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edib. 1988-ci ildə Rusiyada xristianlığın qəbul edilməsinin 1000 illiyi ilə əlaqədar təsis olunan Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə kilsə, dövlət və ictimai həyatın müxtəlif sahələrində böyük xidmətləri olan qadınlar təltif edilirlər. Mehriban xanım Əliyeva Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə və Həştərxan şəhərinin abadlaşdırılmasına qayğıya görə bu ordenə layiq görülüb. Ordenin təqdimetmə mərasimində çıxış edən Patriarx Kirill Heydər Əliyev Fondunun prezidentinə gördüyü işlərə görə səmimi qəlbdən təşəkkür edib. Bildirib ki, Mehriban Əliyeva Azərbaycanın və xalqının həyatında çox mühüm rol oynayır. Qeyd olunub ki, böyük istedada və gözəl mənəvi keyfiyyətlərə malik Mehriban xanım rəhbərlik etdiyi Fond vasitəsilə Azərbaycandan uzaqlarda da bir çox işlər görür və bu, müsbət qiymətləndirilir.
 
 

Son olaraq xatırladaq ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi işlər ölkələrarası münasibətlərə, o cümlədən tolerantlığa, dinlər, millətlərarası münasibətlərə böyük stimul və təkan verir. Fondun prezidentinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edilməsi bu fikri növbəti dəfə təsdiqləməklə bərabər, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun artmasına xidmət edir.
 
Rufik İSMAYILOV 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0037
GEL 1 Gürcü larisi 0.6995
GBP 1 İngilis funt sterlinqi 2.4138
TRY 1 Türk lirəsi 0.4229
KWD 1 Küveyt dinarı 5.6700
SEK 1 İsveç kronu 0.2025
EUR 1 Avro 2.1043
CHF 1 İsveçrə frankı 1.7552
USD 1 ABŞ dolları 1.7000