Mehmanla bağlı yalan ayaq tutdu, amma yerimədi
Azərbaycan dövlətinə təzyiq göstərmək istəyən qüvvələr son bir neçə
ildə ölkə daxilində süni şişirdilən və həqiqəti əks etdirməyən "informasiyalar”a
əsaslanaraq, öz şəbəkəsini əmrə müntəzir edir. Lakin bu ucuz şoular yalana və
böhtana əsaslandığı üçün heç nə ilə nəticələnmir. Elə bu günlərdə bloqqer
Mehman Hüseynovla bağlı sosial şəbəkələrdə yayılan yalan məlumatlar da bunu
sübut edir. Onun guya 10 gün ərzində "aclıq aksiyası” keçirməsi ilə bağlı
sosial şəbəkələrdə "özünü həlak edənlər” yarışa çıxıblar.
Azərbaycan dövlətinə, onun sturkturlarına qarşı ortaya atılan bu yalan və böhtanların əsassızlığı gün kimi aydın oldu. Belə ki, Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov məsələyə aydınlıq gətirib: "Bu adam çörək də yeyir, su da içir, vəkili ilə də görüşür, ailə üzvləri ilə telefonla da danışır. Onun heç bir problemi yoxdur. Bilirsiniz ki, səhhətində problem olan istənilən şəxslə bağlı dərhal reaksiya verilir, həkim müdaxiləsi olur. Amma onunla bağlı belə bir şeyə ehtiyac olmayıb, çünki aclıq aksiyası keçirmir”.
Hətta xidmət rəsmisi deyib ki, M.Hüseynov cəmi bir günlük aclıq aksiyası keçirib: "Aclıq aksiyası elan etmişdi, səhəri gün yemək yeməyə başladı. Bununla bağlı akt da tərtib olunub, özü də akta imza atıb”.
Ekspert Azər Həsrət bildirdi ki,
əslində Mehmanla bağlı heç nə baş vermir: "Penitensiar Xidmətin açıqladığı məlumata
görə, ortada bir hüquq pozuntusu var və ona uyğun da qeyri-adi heç bir addım
atılmır, sadəcə olaraq, qanun çərçivəsində tədbir görülüb. Bu hadisədən bəzi
qüvvələr sui-istifadə edib Azərbaycanda ortalığı qarışdırmağa çalışırlar. Yəni,
bu adamlar stəkanda fırtına yaratmağa cəhd göstərirlər. Ümumi olaraq, yanlış
informasiyalarla ictimai rəyi çaşdırmağa və bütövlükdə suyu bulandırıb balıq
tutmağa cəhdlər var. Bir sözlə, öz məkrli niyyətlərinə nail olmaq istəyirlər. Amma
Penitensiar Xidmətdən verilən məlumatdan bəlli oldu ki, Mehman Hüseynovla bağlı
bəzi qüvvələrin və mərkəzlərin iddia etdiyi heç bir hadisə baş vermir. Yəni, o,
sadəcə olaraq bir gün aclıq elan edib, ikinci gün isə yemək yeməyə başlayıb. Səhhəti
ilə bağlı isə heç bir problem yoxdur və hansısa şikayətinin olmaması ilə bağlı
akta da imza atıb. Mehman özü onun haqqında yalan yayanları faş etmiş oldu.
Amma bu adamlar bütün bunlara baxmayaraq, öz əməllərini davam etdirirlər. Məqsəd
isə Azərbaycanda ictimai rəyi çaşdırmaq, ajiotaj yaratmaq, xalq-hakimiyyət
birliyini sarsıtmaq, ümumiyyətlə Azərbaycan dövlətini zəif duruma düşürərək öz
çirkin niyyətlərinə nail olmaqdır. Lakin bir şeyi unudurlar ki, Azərbaycanda
bunu etmək mümkün olan deyil. Çünki Azərbaycan xalqı sabitliyin qiymətini yaxşı
bilir və bunu pozmaq istəyən heç kimə şans verməyəcək”.
A.Həsrət vurğuladı ki, anti-Azərbaycan şəbəkəsinin hücuma keçməsinin səbəbi bəllidir: "Həmin mərkəzlər Azərbaycana hücum etmək üçün bəhanələr axtarırlar. Yəni, mümkün olduqca Azərbaycan dövlətini gözdən salmağa çalışırlar və ölkəmizə təzyiq etmək üçün əllərinə fürsət düşməsini gözləyirlər. İndi Mehmanla bağlı ortaya çıxmış durumda bir növ onlara fürsət verilirmiş kimi göründü. Düşünürdülər ki, bunun üzərindən hərəkət edərək Azərbaycana hücuma keçə biləcəklər. Amma yayılan məlumatların yalan olduğu bəlli oldu və təbiidir ki, o adamların da öz istəklərinə çatması imkansız görünür. Niyə bu mərkəzlər yalan informasiyalara əsaslanıb hərəkətə keçirlər? Ona görə ki, həmin mərkəzlərə yalan informasiyaları ötürən şəxslər və mərkəzlər var. O şəxslər Azərbaycanda bir qayda olaraq "söyüşçü” kimi tanınan şəxslərdir. Xüsusilə, bunlar Avropa ölkələrində oturub Azərbaycan dövlətinə qarşı söyüş kampaniyası aparanlardır. Digərləri isə çörəyi bu cür qarmaqarışıqlıqdan çıxan qrant dəllallarıdır. Bu dəllallar bu cür hadisələrdən "bəhrələnib”, yeni maliyyə mənbələri əldə etmək istəyirlər. Üçüncü bir qrup da var ki, bunlar Azərbaycan daxilində oturub siyasi mübarizə apardıqlarını iddia edirlər. Təbii ki, əllərinə düşən yalan-doğru hər bir imkandan istifadə etməyə çalışırlar. Amma nəticə yenə də onların əleyhinə olur. Çünki yalan informasiyalara əsaslanıb siyasi kampaniya aparmaq əvvəlcədən uğursuzluğa düçar olacaq bir addımdır”.
AZAD
Azərbaycan dövlətinə, onun sturkturlarına qarşı ortaya atılan bu yalan və böhtanların əsassızlığı gün kimi aydın oldu. Belə ki, Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov məsələyə aydınlıq gətirib: "Bu adam çörək də yeyir, su da içir, vəkili ilə də görüşür, ailə üzvləri ilə telefonla da danışır. Onun heç bir problemi yoxdur. Bilirsiniz ki, səhhətində problem olan istənilən şəxslə bağlı dərhal reaksiya verilir, həkim müdaxiləsi olur. Amma onunla bağlı belə bir şeyə ehtiyac olmayıb, çünki aclıq aksiyası keçirmir”.
Hətta xidmət rəsmisi deyib ki, M.Hüseynov cəmi bir günlük aclıq aksiyası keçirib: "Aclıq aksiyası elan etmişdi, səhəri gün yemək yeməyə başladı. Bununla bağlı akt da tərtib olunub, özü də akta imza atıb”.
Bəs görəsən xaricdəki bəzi mərkəzlərin əlində alətə çevrilən "sosial
şəbəkə qəhrəmanları”, mövcud "söyüş şəbəkəsi” və özünü Azərbaycanda "ana
müxalifət” adlandıranlar indi hansı məqsədlə hay-küy qaldırıblar? Mehmanın guya
aclıqdan səhhətində problem yarandığını deyənlər indi hansı bəhanəni "əlində
bayraq edib” Azərbaycana qarşı kampaniyalar aparacaqlar?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Hikmət Məmmədov bildirdi ki, son günlər
anti-Azərbaycan mərkəzlər yenidən Azərbaycanda süni gündəm yaratmağa və bu məqsədlə
Mehman Hüseynov adlı barəsində məhkəmə hökmü olan birisini süni şəkildə alət
etməyə çalışırlar: "Əslində isə bu hay-küyün Mehman Hüseynovla heç bir əlaqəsi
yoxdur. O, Azərbaycan vətəndaşı olaraq qanunun tələblərini pozub və hakimiyyətin
üç müstəqil qolundan biri olan məhkəmə hakimiyyətinin qərarı ilə məsuliyyətə cəlb
edilib. İndi isə onu bu vəziyyətə düşməyə təhrik edənlər yenidən növbəti qanun
pozuntusuna cəlb etməklə vəziyyətindən sui-istifadə edirlər. Bunlar yolverilməzdir
və heç bir beynəlxalq istismarçı şəbəkənin bunu etməyə haqqı yoxdur. Təəssüf
ki, bəzən Mehman kimi qurbanları öz toruna salmağı bacaran anti-azərbaycançı şəbəkələr
belə gəncləri axıra qədər istismar etməklə onları öz milli maraqlarına qarşı
qoyur. Hazırda baş verənlər də növbəti belə oyunun bir həlqəsidir”.
H.Məmmədov qeyd etdi ki, Azərbaycana qarşı cəbhə açan belə şəbəkələri
nə Mehmanın taleyi, nə də Azərbaycanın mənafeyi maraqlandırır: "Tam əksinə,
onlar hüquq və demokratiya müdafiəçiləri kimi görünməklə, əslində Azərbaycana
qarşı düşmənçilik edir, onun beynəlxalq nüfuzuna kölgə salmağa çalışır, ölkəmizin
dünya ictimai rəyində antidemokratik obrazını yaratmağa cəhd edirlər. Nəticədə
belə mərkəzlər üçün elə Mehman Hüseynov da bir azərbaycanlıdır və onun həbs
edilməsi də elə həmin mərkəzlər üçün bir qənimətdir. Çünki hazırki mürəkkəb
beynəlxalq şəraitdə söhbət xalqların qlobal müstəvidə mübarizəsindən gedir. Bu
mübarizənin qalibləri öz təhlükəsizliklərini təmin edib yaşayacaq, məğlubları
isə milli dövlətçiliklərini itirəcəklər. Ona görə də Azərbaycanın əldə etdiyi
heç bir uğur imperialist mərkəzlər tərəfindən həzm edilmir. Onlar güclü, təhlükəsiz,
özünü müdafiə etməyi bacaran, Lələtəpə, Günnüt əməliyyatları keçirməyə qadir
olan, qlobal meqalayihələri həyata keçirən və nəhayət, bir gün öz ərazi
bütövlüyünü təmin edə biləcək Azərbaycanı istəmirlər. Məsələnin qısa mahiyyəti
bundan ibarətdir. Ona görə də vaxtaşırı biz bu tipli manipulyasiyalarla üzləşirik.
Ancaq məsələ ondadır ki, artıq anti-Azərbaycan mərkəzlərin belə ssenarilərinə
qarşı Azərbaycanda ictimai immunitet yaranıb və bənzər metodlarla ölkəmizə təzyiq
etmək mümkün deyil”.