AZE | RUS | ENG |

Mehman niyə 2 ildən sonra Milli Şuranın yadına düşdü?

Mehman niyə 2 ildən sonra Milli Şuranın yadına düşdü?
Ekspertlərin fikrincə, radikallar üçün vacib olan xaricdən gələn tapşırığın yerinə yetirilməsidir

Azərbaycanda süni şəkildə gündəmə gətirilən məsələlər bəzən sosial şəbəkələr vasitəsilə daha artıq şişirdilir. Xüsusilə, radikal müxalifət düşərgəsi istənilən hadisəni öz xeyrinə tirajlamağa və bundan istifadə etməyə çalışır. Elə bu günlərdə sosial şəbəkələrdə bloqqer Mehman Hüseynovla bağlı yaradılan gərəksiz "ajiotaj”da bunu bir daha təsdiqləmiş oldu. Acılıq aksiyası etmədiyini həm yerli hüquq müdafiəçilərinə, həm də diplomatik korpusun təmsilçilərinə çatdıran Mehmanın sözünə nə qardaşı Emin Hüseynov, nə "azadlıq carçısı” Sevinc Osmanqızı, nə də sosial şəbəkələrə pərçimlənmiş "söyüş şəbəkəsi” eşitmədi. Mehman Hüseynov artıq 2 il ildir ki, məhkumdur, amma nədənsə indiki kimi ona "canı yanan” olmayıb. Necə ki, "Milli Şura” adlanan qurum guya Mehmanın "aclıq aksiyası” keçirməsi ilə bağlı yanvarın 19-a mitinq planlaşdırır. Bu qurumun başında duran Əli Kərimli və digərləri Mehmanı necə yaddan çıxarıblar və birdən xatırlayıblar ki, bunun hüquqlarını müdafiə edək. Bəlkə "Milli Şura”nın bu addımının başqa bilinməyən tərəflər var? Belə olmasaydı, ötən 2 il ərzində yada düşməyən Mehmanla bağlı niyə birdən-birə mitinq qərarı verilsin?
 

Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə bildirdi ki, belə təəssürat yaranır ki, "Milli Şura” adlanan qurum xaricdən tapşırıqlar alır: "Çünki Mehman Hüseynov məsələsi son dövrlər xaricdən müəyyən anti-Azərbaycan dairələri tərəfindən şişirdilməyə cəhd edildi. Görünür tapşırıq gəlib və "Milli Şura” adlanan radikal müxalifət qütbü bir mitinq keçirməyə çalışır. Bu mitinqdə inanmıram ki, bu gün erməni girovluğunda olan Dilqəm və Şahbazın, bir milyondan çox məcburi köçkün olan vətəndaşlarımızın, eyni zamanda Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməsi məsələsinə toxunulsun. Həmçinin inanmıram ki, onlar hər il prezident İlham Əliyevin sərəncamı ilə yüzlərlə məhbusun vaxtından əvvəl əfv edilməsini, onların sağlamlığının, hüquqlarının qorunması üçün dövlət tərəfindən bütün imkanların yaradıldığını səsləndirsinlər. Onlar bunu görmür, amma cəmiyyət görür və qiymətləndirir. Bu səbəbdən də radikal müxalifət qütbünün bütün cəhdlərinə baxmayaraq, keçirdikləri mitinqlər az saylı olur, çağırışları cəmiyyətdə əks-səda vermir. Ancaq bununla belə, "Milli Şura” üçün vacib olan xaricdən gələn tapşırığın yerinə yetirilməsidir”.
A.Mirzəzadə vurğuladı ki, radikal müxalifət kənardan maliyyələşdiyini etiraf etmir: "Heç bir şübhəm yoxdur ki, təqribən 3-4 ildən sonra biz bununla bağlı etirafları, qarşılıqlı ittihamları, hətta ortaya çıxan mühasibat sənədlərini görə biləcəyik”.
 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirdi ki, təyin edilən mitinq "Milli Şura” adlanan qurumun hansısa müstəqil addım atmaq və yaxud öz fikirlərini ifadə etmək niyyətindən qaynaqlanmır: "Azərbaycana düşmən mövqedə dayanan ölkələr bizə qarşı hər hansı addımlar atmaq niyyəti güdəndə, sifariş alınanda bu cür addımlar atılır. Bundan irəli gələrək həmin şəxslərə "siyasi məhbus” donu geyindirib xaricdəki ağalarının əlinə əlavə bəhanə verməyə çalışırlar. İndiki şəraitdə isə bu mitinq, bildiyiniz kimi, Avropa Şurası Parlament Assambleyasının toplantısı ilə bağlıdır. Məhz bu toplantıda ənənəvi olaraq ölkəmizə düşmən olan qüvvələr tərəfindən Azərbaycan əleyhinə müzakirələrin aparılması gözlənilir. Bununla bağlı artıq Azərbaycan nümayəndə heyətinin sədri də açıqlama verib. Bildiyiniz kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da özünün keçirtdiyi mətbuat konfransında bu barədə danışıb. Yəni, bu məsələnin real olduğu göz qabağındadır. Çox güman ki, həmin sənədi hazırlayan, Azərbaycan əleyhinə müzakirə açmağı düşünənlər "Milli Şura”ya da ənənəvi sifarişlərini veriblər”.
E.Mirzəbəyli əlavə etdi ki, indiki məqamda AŞ PA-nın atacağı addımlar bizim kontekstimizdən ikili standartdır, riyakarlıqdır və simasızlıqdır: "Çünki biz dünyadakı proseslərə ədalət müstəvisindən yanaşırıq. Amma qərb, Avropa siyasətində ədalət anlayışı çoxdan itib. Elə olmasaydı artıq BMT və digər beynəlxalq təşkilatlar oyuncaq bir quruma çevrilməzdilər, beynəlxalq hüquq ayaqlar altına atılmazdı”.
 
AZAD             

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9102
GEL 1 1 Gürcüstan larisi 0.5945
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1145
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1816
CHF 1 1 İsveçrə frankı 1.7253
KWD 1 1 Küveyt dinarı 5.5969
TRY 1 1 Türkiyə lirəsi 0.2991