AZE | RUS | ENG |


Mehman Əliyev həbsdən buraxılıb

Mehman Əliyev həbsdən buraxılıb
"Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev həbsdən buraxılıb.
 
Məhkəmənin bu gün keçirilmiş iclasında onun barəsində həbs qətimkan qərarı dəyişdirilib.
 
Vəkil Fuad Ağayev APA-ya bildirib ki, Yasamal Rayon Məhkəməsi Mehman Əliyevin barəsində olan həbs qətimkan tədbirinin başqa yerə getməmək haqda iltizam tədbiri ilə əvəz olunması barədə vəsatəti təmin edib.
 
M. Əliyev prosesdən çıxandan sonra jurnalistlərə açıqlamasında Azərbaycan prezidenti İlham Əliyevə müraciət etdiyini, müraciətində agentliyin fəaliyyətini xatırlatdığını, barəsində qaldırılmış cinayət işi ilə bağlı istintaqdan yayınmadığını, həbs qərarının dəyişdirilməsini xahiş etdiyini bildirib.
 
M. Əliyev həbsdə saxlandığı yerdə ona normal münasibət göstərildiyini də qeyd edib.
 
Qeyd edək ki, Mehman Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.
 
Qazaxıstandan qayıdandan sonra prezident İlham Əliyevə məsələ ilə bağlı məruzə olunub. Azərbaycan Prezidenti hüquq-mühafizə orqanlarına Mehman Əliyevin müraciətinə baxılmasını tapşırıb.
 
Mehman Əliyev barəsində Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi başlanıb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6872
GBP 1 İngilis funt sterlinqi 2.2933
TRY 1 Türk lirəsi 0.4802
KWD 1 Küveyt dinarı 5.6393
SEK 1 İsveç kronu 0.2115
EUR 1 Avro 2.0160
CHF 1 İsveçrə frankı 1.7595
USD 1 ABŞ dolları 1.7008