• çərşənbə axşamı, 23 aprel, 23:40
  • Baku Bakı 20°C

Məhkumun üzərindən qadağan olunmuş əşya tapıldı

10.10.13 16:00 1053
Məhkumun üzərindən qadağan olunmuş əşya tapıldı
Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, oktyabrın 10-da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Xəyal İspəndiyar oğlu Qəmbərovun üzərinə baxış keçirilib. Baxış zamanı onun şalvarının sağ cibindən daxilində "Sim" danışıq kartı olan bir ədəd qara rəngli "Nokia-C2" markalı mobil telefon aparatı və ayrılıqda bir ədəd "Nar" danışıq kartı aşkar edilərək götürülüb.
Qedy edək ki, 1982-ci il təvəllüdlü Xəyal Qəmbərov Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.
Fakt üzrə araşdırma aparılır.
banner

Oxşar Xəbərlər