• cümə axşamı, 28 mart, 19:25
  • Baku Bakı 13°C

Məhkumlar üçün yeni iş yeri yaradıldı

27.08.14 15:52 1290
Məhkumlar üçün yeni iş yeri yaradıldı
Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən məhkumların ictimai faydalı əməyə cəlb olunmaları ilə bağlı yeni iş yerlərinin təşkili istiqamətində tədbirlər davam etdirilir.
Virtualaz.org qurumun rəsmi saytına istinadən bildirir ki, bu sahədə həyata keçirilən tədbirlərdən biri də bu günlərdə 12 saylı cəzaçəkmə müəssisəsində müasir tələblərə uyğun istixananın yaradılması oldu.
Daha geniş məhkum kütləsinin əməyə cəlb olunması məqsədilə istifadəyə verilmiş yeni istixanada on məhkumun işlə təmin olunması nəzərdə tutulub. İstixanada tərəvəz məhsullarının yetişdirilməsi bir qayda olaraq müəssisədəki istehsalatdan əldə olunmuş əlavə gəlir hesabına həyata keçiriləcək.
Qeyd edək ki, cəza çəkənlərin haqqı ödənilən ictimai faydalı əməyə cəlb olunmaları istiqamətində işlər davam etdirilir. Bu məqsədlə cəzaçəkmə müəssisələrindəki mövcud şəraitin daha da yaxşılaşdırılması üçün Penitensiar xidmət tərəfindən yaxın gələcəkdə yeni tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
banner

Oxşar Xəbərlər