• çərşənbə, 24 Aprel, 03:30
  • Baku Bakı 14°C

Məhkəmədə Nərimanov rayon İH-nin şöbə müdiri ifadə verib

21.05.18 11:36 1141
Məhkəmədə Nərimanov rayon İH-nin şöbə müdiri ifadə verib
Bakı Ağır Cinayətlər MəhkəməsindəAzərbaycan Gözdən Əlillər Cəmiyyətinin külli miqdarda dələduzluqda təqsirləndirilən sədri Səmyar Abdullayev, vəzifəli şəxsi Himmət Şükürov və Nərimanov rayon İcra Hakimiyyətinin sabiq əməkdaşı Niyaməddin Şıxəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nərimanov Rayon İcra Hakimiyyətini hüquq şöbəsinin müdiri Firdovsi Cəlalov ifadə verib.
O bildirib ki, əlillərə verilən mənzillərin başqasına satılmasından xəbəri yoxdur: "Səmyar bizə məktub yazdı ki, mənzillərlə bağlı fırıldaq işlər görülür. Biz də bu işi sonradan prokurorluğa göndərdik".
Proses iyunun 4-də davam etdiriləcək.
Qeyd edək ki, S. Abdullayev və digərləri Cinayət Məcəlləsinin 178.3.2-cü (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur. İş üzrə 100-dən çox zərərçəkmişin olduğu qeyd edilib.
İttihama görə, iş üzrə zərərçəkənlərdən əlillər üçün tikiləcək binadan mənzil vermək adı ilə pullar alınıb. Lakin verilən sözlərə əməl edilməyib.
M. Nəsibov isə təqsirləndirilən şəxs qismində tanınır və ölkədə olmadığı üçün beynəlxalq axtarışa verilib.
banner

Oxşar Xəbərlər