• cümə, 29 Mart, 11:51
  • Baku Bakı 5°C

Məhkəmə zalında həbs edildi

20.05.16 11:57 1216
Məhkəmə zalında həbs edildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tikintidə təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verən ölüm hadisəsində təqsirləndirilən Seymur Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, hökmə əsasən Seymur Abbasov 8 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, Seymur Abbasov tikintidə inşaatçı olub. Onun inşa etdiyi binada ustalardan biri yıxılaraq ölüb. Zərərçəkənin hüquqi varisi məsələ ilə bağlı şikayət edib və Seymur Abbasovun təhlükəsizlik qaydalarına riayət etmədiyini deyib. Araşdırmalar zamanı Seymur Abbasova Cinayət Məcəlləsinin 222-ci ( tikinti işlərində təhlükəsizliyi pozma) maddəsi ilə ittiham verilib. Ondan heç yerə getməməklə bağlı iltizam alınıb.
banner

Oxşar Xəbərlər