• cümə, 19 Aprel, 19:45
  • Baku Bakı 24°C

Məhkəmə Rauf Mirqədirovla bağlı qərar verdi

06.05.14 17:40 1217
Məhkəmə Rauf Mirqədirovla bağlı qərar verdi
Mayın 6-da Nəsimi rayon Məhkəməsi MTN-in istintaq təcridxanasında saxlanan jurnalist Rauf Mirqədirovun şikayətini təmin etməyib. Şikayətdə Rauf Mirqədirovun qanunsuz tutulduğu iddia olunurdu.
Milli.Az xəbər verir ki, Rauf Mirqədirovun vəkili Fuad Ağayev “media forum” saytına bildirib ki, qərarı əldə edəndən sonra apellyasiya şikayəti verəcək.
Aprelin 19-da Rauf Mirqədirov yaşadığı Türkiyə paytaxtı Ankaradan deportasiya edilib. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti MTN əməkdaşları tutub. O, 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarına işləmək motivi ilə dövlətə xəyanətdə ittiham olunur.
Rauf Mirqədirov Sülh və Demokratiya İnstitutunun Ermənistan QHT-ləri ilə birgə çoxsaylı layihələrinin fəal iştirakçısı kimi dəfələrlə Ermənistana səfər edib, xalq diplomatiyası üzrə Azərbaycan-Ermənistan layihələrinə qatılıb.
banner

Oxşar Xəbərlər