• çərşənbə, 17 Aprel, 03:00
  • Baku Bakı 14°C

Məhkəmə qərar çıxartdı: xalq artisti 25 min cərimə ödəyəcək

23.07.14 10:57 1211
Məhkəmə qərar çıxartdı: xalq artisti 25 min cərimə ödəyəcək
Xalq artistləri İlhamə Quliyeva ilə Nazpəri Dostəliyevanının məhkəmə çəkişmələrinə Ali Məhkəmə tərəfindən baxılıb və yekun qərar verilib.
“Qafqazinfo”ya bu haqda xalq artisti İlhamə Quliyeva məlumat verib. O bildirib ki, Ali Məhkəmənin qərarına əsasən Nazpəri Dostəliyeva 25 min manat cərimələnib: “Bu gün Ali Məhkəmədə Nazpəri Dostəliyevaya qarşı iddiam üzrə məhkəmə prosesi keçirilib. Məhkəmənin qərarına əsasən Dostəliyeva mənə 25 min manat ödəməlidir və eyni zamanda məndən üzr istəməlidir. Düşünürəm ki, məhkəmə ədalətli qərar verdi. Çünki Nazpəri mənim şərəf və ləyaqətimi təhqir etmişdi”.
banner

Oxşar Xəbərlər