• cümə, 29 Mart, 02:57
  • Baku Bakı 7°C

Məhkəmə İrəvan Teatrının aktyoru Əjdər Zeynalovun işə bərpa olunması haqqında qərar çıxarıb

05.01.18 14:00 1044
Məhkəmə İrəvan Teatrının aktyoru Əjdər Zeynalovun işə bərpa olunması haqqında qərar çıxarıb
Binəqədi Rayon Məhkəməsi İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru Əjdər Zeynalovun işə bərpa olunması haqqında qərar çıxarıb. Bu barədəAPA-ya aktyor özü məlumat verib. O, qeyd edib ki, hakim Almaz Orucova qarşı tərəfin iddialarını qəbul etməyərək, onun xeyrinə qərar çıxarıb:
"Məhkəmə üç aya yaxın idi davam edirdi. Çox sevinirəm ki, hakim ədalətli qərar çıxardı, mənim işə bərpa olunmağım haqqında məhkəmə qərarını elan etdi. Sübut olundu ki, teatrın direktoru İftixar Piriyevin iddiaları qondarmadır. İftixar Piriyevin daha yüksək instansiyalı məhkəmələrə müraciət etmək hüququ var. İnanıram ki, digər məhkəmələr də ədalətin bərpa olunması haqqında qərar çıxaracaqlar”.
Qeyd edək ki, bir müddət əvvəl İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev aktyor Əjdər Zeynalovu teatrın daxili-qayda qanunlarını və nizam-intizamı pozduğunu əsas gətirərək onu işdən azad etmişdi. Aktyor Əjdər Zeynalov isə bunula bağlı məhkəməyə müraciət etmişdi.
banner

Oxşar Xəbərlər