Məhkəmə İlhamə Quliyevanın iddiasını rədd etdi

Məhkəmə İlhamə Quliyevanın iddiasını rədd etdi

Mədəniyyət
09 Aprel 2013, 09:44 1340
Bu gün Yasamal Rayon Məhkəməsində xalq artisti İlhamə Quliyevanın xalq artisti Nazpəri Dostəliyevaya qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında məhkəmə prosesi keçirilib.

N. Dostəliyevanın vəkili Yunis Vəliyevin APA-ya verdiyi məlumata görə, prosesdə hakim iddia ərizəsinin icraata götürülmədən rədd olunduğunu bildirib. Y. Vəliyev məhkəmə qərarını aprelin 15-də alacaqlarını da bildirib.

Qeyd edək ki, İ. Quliyeva N. Dostəliyevanın mətbuata verdiyi müsahibədə onu təhqir etməsini əsas gətirərək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ərizəsi yazıb. Həmin ərizə isə Yasamal Rayon Məhkəməsinə göndərilib.