• çərşənbə axşamı, 23 aprel, 21:35
  • Baku Bakı 20°C

Məhkəmə Cəlilabadın sabiq icra başçısı barədə qərar verdi

09.12.20 20:15 556
Məhkəmə Cəlilabadın sabiq icra başçısı barədə qərar verdi
Səbail Rayon Məhkəməsində Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
"Report” xəbər verir ki, istintaq orqanının təqdimatına hakim Azər Tağıyevin sədrliyi ilə baxılıb və təmin edilib.
16.27
Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov Səbail Rayon Məhkəməsinə gətirilib.
"Report” xəbər verir ki, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılır.
16:04
Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı məhkəməyə təqdimat verib.
"Report”un əldə etdiyi məlumata görə, təqdimata Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də Namiq Rəsul oğlu Zeynalovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.
Dekabrın 7-də hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirilib, vəzifəli şəxslər həbs edilib.
banner

Oxşar Xəbərlər