• çərşənbə axşamı, 23 aprel, 18:18
  • Baku Bakı 20°C

Məhkəmə Bakıda həbs edilən Rusiya vətəndaşının şikayətini təmin etməyib

28.08.17 20:57 1637
Məhkəmə Bakıda həbs edilən Rusiya vətəndaşının şikayətini təmin etməyib
Bu gün Bakı Apellyasiya Məhkəməsində narkotiklərin qanunsuz dövriyyəsində təqsirləndirilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanov barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

APA-nın xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2016-cı il iyulun 28-də Bakıda Rusiya vətəndaşı Marat Ueldanov saxlanılıb. Ona qarşı narkotiklərin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra Ermənistan mətbuatı və Rusiyadakı ermənipərəst KİV M. Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya M. Ueldanov erməni olduğuna görə saxlanılıb. Bacısının dediyinə görə, Marat həyat yoldaşının soyadını götürüb.

Bakı Ağır cinayətlər Məhkəməsinin hökmü ilə M. Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib.
banner

Oxşar Xəbərlər