• cümə, 29 Mart, 19:43
  • Baku Bakı 14°C

Məhkəmə 72 saat ərzində Saakaşvili barəsində qərar çıxaracaq

09.12.17 09:40 2311
Məhkəmə 72 saat ərzində Saakaşvili barəsində qərar çıxaracaq
"Yeni Qüvvələr Hərəkatı”nın lideriMixeil Saakaşviliqanunvericiliyə uyğun olaraq hüquq- mühafizə orqanları tərəfindən saxlanılıb, məhkəmə 72 saat ərzində onun barəsində qərar çıxaracaq.
APA-nın məlumatına görə, bu barədə Ali Radanın deputatı, daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko özünün "Tvitter” mikrobloqunda yazıb.
O həmçinin qeyd edib ki, M.Saakaşvili Kiyevdə, gizləndiyi mənzildə saxlanılıb. Hadisə zamanı zərərçəkən olmayıb.
Xatırladaq ki, dekabrın 5-də M. Saakaşvili Kiyevdə saxlanılıb. Daha sonra o, tərəfdarlarının köməyi ilə azad edilib. M.Saakaşvili Ukrayna Cinayət Məcəlləsinin 256-cı maddəsinin birinci hissəsi (cinayətkar təşkilatların üzvləri ilə işbirliyi və onların cinayət əməllərinin gizlədilməsi) ilə ittiham olunur.
banner

Oxşar Xəbərlər