• cümə, 29 Mart, 18:25
  • Baku Bakı 14°C

Məhəmməd Mursinin məhkəməsi başladı

04.11.13 09:58 1226
Məhəmməd Mursinin məhkəməsi başladı
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, M.Mursi saxlanıldığı “Tora” həbsxanadan hərbi helikopterlə Polis Akademiyasına gətirilib. Həmin ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. Bundan əvvəl isə Misirin müxtəlif şəhərlərində eks-prezidentin tərəfdarları və əleyhdarları arasında toqquşmalar baş verib.
Qeyd edək ki, bu ilin iyulun əvvəlində hərbçilər tərəfindən devrilən M.Mursini dövlətə xəyanətdə, mitinq iştirakçıların qətlində və HƏMAS təşkilatı ilə əməkdaşlıqda ittiham olunur. Onunla birgə M.Mursinin hökumətində yer alan daha bir neçə yüksək vəzifəli şəxsə də ittihamlar irəli sürülüb.
banner

Oxşar Xəbərlər