AZE | RUS | ENG |

Mehdiabadda evdən 10 min manatlıq qızıl oğurlanıb

Mehdiabadda evdən 10 min manatlıq qızıl oğurlanıb
Abşeronda evdən pul və qızıl oğurlanıb.
 
APA-nın məlumatına görə, hadisə Abşeron rayonunun Mehdiabad qəsəbəsində, yeni yaşayış massivində qeydə alınıb. Qəsəbə sakini Əfsanə Ağayevanın evinə daxil olan naməlum şəxs və ya şəxslər oradan 10 min manat dəyərində qızıl-zinət əşyaları və 1200 manat pul aparıblar.
 
Hadisə baş verən zaman evdə heç kim olmayıb. Bunu bilən şəxs və şəxslər pəncərədən mənzilə daxil olublar.
Hadisə barədə Abşeron rayon Polis İdarəsinə məlumat verilib. Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311