• cümə axşamı, 25 aprel, 14:47
  • Baku Bakı 23°C

Medvedevin müavini Azərbaycana gəldi

10.02.15 06:51 1037
Medvedevin müavini Azərbaycana gəldi
Nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviçin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.
APA-nın məlumatına görə, nümayəndə heyətinin üzvləri Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.
Arkadi Dvorkoviçin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan baş nazirinin müavini Yaqub Eyyubov, energetika naziri Natiq Əliyev, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə görüşləri nəzərdə tutulub.
Səfər çərçivəsində Azərbaycan və Rusiya hökumətləri arasında bəzi sənədlərin imzalanması gözlənilir.
banner

Oxşar Xəbərlər