• cümə, 26 Aprel, 13:03
  • Baku Bakı 23°C

“Mediamızın inkişafında yeni tendensiyalar müşahidə olunur”

11.07.13 09:19 1367
“Mediamızın inkişafında yeni tendensiyalar müşahidə olunur”
“Bu gün mediamızın inkişafında yeni tendensiyalar müşahidə olunur. Azərbaycan jurnalistlərinin VI qurultayı jurnalistlərin peşəkarlaşması, neqativ proseslərin tədricən jurnalistikamızdan sıxışdırılıb çıxarılması və mətbuatın demokratiyası dövrünə təsadüf edir”. APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, qurultayda səslənən fikirlər, təkliflər, müzakirələr bütövlükdə azad sözə, mətbuatın sosial problemlərinin həllinə, maddi-texniki bazasının yüksəlməsinə, mətbuat-dövlət münasibətlərinin inkişafına rəvac verəcək: “Düşünürəm ki, qurultaydan sonrakı dövrdə mediamız rastlaşdığı əksər problemlərdən azad olacaq”.
banner

Oxşar Xəbərlər