• cümə, 29 Mart, 14:53
  • Baku Bakı 14°C

“MediaMən” Gənclər üçün Jurnalistika Məktəbi layihəsinə start verir

14.04.14 11:50 1426
“MediaMən” Gənclər üçün Jurnalistika Məktəbi layihəsinə start verir
Azərbaycan Jurnalistlər Şəbəkəsi İB və Gənclər üçün Təhsil Mərkəzi İB Azərbaycan Mətbuat Şurasının təşkilatı dəstəyi ilə “Gənclər üçün jurnalistika məktəbi” layihəsinə başlayır. “MediaMən” adlanan yeni layihə jurnalist olmaq istəyən 20 gənci bir araya gətirərək müfəssəl hazırlanmış təlim proqramı və praktik məşğələlərlə jurnalistikaya dair bilik və bacarıqlar öyrədəcək.
İki ay davam edəcək layihə boyunca iştirakçılar tanınmış jurnalistlərin təlimlərində iştirak edərək peşəkar media qurumlarına təşkil olunan turlara qatılmaq imkanı əldə edəcəklər. Layihədə əsasən foto, radio, qəzetçilik, televiziya və onlayn jurnalistika dair təlimlər təşkil olunacaq. “MediaMən” layihəsində aktiv olan iştirakçılar təlimlərin yekununda sertifikatlarla təltif olunacaqlar.
Ölkənin aparıcı media qurumlarından “Trend” İnformasiya Agentliyi, “Kaspi” qəzeti və Modern.az saytı layihəyə informasiya dəstəyi göstərəcəklər.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər