• çərşənbə, 24 Aprel, 10:18
  • Baku Bakı 13°C

“Mediaforum“un rəhbəri: “Sayt fəaliyyət göstərəcək“

18.08.14 12:34 888
“Mediaforum“un rəhbəri: “Sayt fəaliyyət göstərəcək“
“Mediaforum” saytı fəaliyyətini dayandırmayıb. Bunu Lent.az-a açıqlamasında “İnternews” Azərbaycanın baş direktoru İlham Səfərov bildirib. O qeyd edib ki, bu haqda yazılan xəbərlər yalandır: “Saytın 14 əməkdaşı bu ayın 1-dən məzuniyyətə çıxıb. Avqustun 25-də saytı yenidən fəaliyyət göstərəcək. Bu barədə deyilənlər şaiyədir. Yaxşı olardı ki, xəbəri yazmazdan öncə bizimlə əlaqə saxlayardılar”.
Saytın fəaliyyətini dayandırmasına səbəb yeganə gəlir mənbəyi olan “İREX Azərbaycan” (Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası) qeyri-hökümət təşkilatının bank hesabına həbs qoyulmasıyla bağlı xəbərə gəlincə İ. Səfərov “Mediaforum” saytı bu təşkilatla müqaviləsinin bitdiyini deyir: ““İREX Azərbaycan”la bizim layihə ötən ayın 31-də bitib. Artıq yeni maliyyə dəstəyimiz var. Adını hələ ki, açıqlamaq istəmirəm”.
Qeyd edək ki, “mediaforum”un fəaliyyətini dayandırıacağı ilə bağlı “qafqazinfo” saytı xəbər yayıb. Xəbərdə iyulun 28-dən bütün işçi kollektivi ilə birgə yay məzuniyyətinə çıxan sayt fəaliyyətini bu gün bərpa etmədiyi bildirilir.
Buna səbəb isə saytın fəaliyyətini dayandırmasına səbəb isə yeganə gəlir mənbəyi olan “İREX Azərbaycan” (Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası) qeyri-hökümət təşkilatının bank hesabına həbs qoyulması göstərilir.
banner

Oxşar Xəbərlər