AZE | RUS | ENG |

“Mediada gender bərabərliyi” - Fotolar

“Mediada gender bərabərliyi” - Fotolar
Jurnalistlər, həmçinin jurnalistika fakültəsinin tələbə, magistr və doktorantları üçün bu adda təlimlərə başlanılıb

Bu gün Bakıda Avropa Şurasının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə jurnalistlər və jurnalistika fakültəsinin 4-cü kurs tələbələri, eləcə də magistrlər və doktorantlar üçün "Mediada gender bərabərliyi” mövzusunda təlimlərə başlanılıb.
 
Təlimin açılış sessiyasında çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova mövzunun aktuallığını vurğulayıb. Bildirib ki, üç gün ərzində təlim iştirakçıları yetərincə məlumat alacaqlar, bir-biriləri ilə fikir mübadiləsi apara biləcəklər. Komitə sədrinin müavini ölkəmizdə medianın inkişafı istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə medianın hüquqi bazası möhkəmlənib. Ulu Öndər KİV-lərin inkişafına böyük diqqət və qayğı göstərirdi. Onun bu siyasətini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir.
 
 

Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Zoltan Hernyes deyib ki, 2018-ci il mayın 1-dən icrasına başlanılmış gender bərabərliyi və media azadlığı layihəsi təşkilata üzv dövlətdə ilk dəfə həyata keçirilən layihədir. Biz bunu nümunə ola biləcək pilot layihə adlandırsaq yanılmarıq. Əgər layihə uğurlu olsa Avropa Şurasının digər üzv dövlətləri üçün də model kimi istifadə oluna bilər. Qeyd edilib ki, söz azadlığı və gender bərabərliyi qırılmaz tellərlə bağlıdır. Gender bərabərliyi təmin olunmadan insan haqlarından, cəmiyyətdə inkişafdan söhbət gedə bilməz. Təsadüfi deyil ki, BMT-nin 2030-cu il üçün Dayanıqlı İnkişaf Məqsədlərində gender bərabərliyi ayrıca məqsəd kimi qeyd edilib.
 
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov təlimlərin əhəmiyyətindən danışıb. O deyib ki, Azərbaycanda gender bərabərliyi ilə bağlı zəngin qanunvericilik mövcuddur. Ölkəmiz müvafiq beynəlxalq konvensiyalara qoşulub. Konstitusiyamızda qadın və kişilərin bərabər hüquq və imkanlara malik olması ilə bağlı xüsusi bənd də öz əksini tapıb.

 

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul işçisi Vüqar Səlimov da layihənin əhəmiyyətini qeyd edib. O deyib ki, bu tədbir dövlət qurumlarının məsələyə xüsusi diqqətlə yanaşdığını göstərir. Bu və bundan əvvəlki layihələr gender bərabərliyi və media azadlığı sahəsində beynəlxalq təcrübənin Azərbaycan jurnalistləri arasında təbliğ olunması, onların öz fəaliyyətlərində bu dəyərlərin, beynəlxalq standartların tətbiq etməsi baxımından ciddi əhəmiyyət kəsb edir. Bu cür layihələrin həyata keçirilməsi yalnız jurnalist peşəkarlığının artırılması və bu dəyərlərin tətbiqi ilə məhdudlaşmır. Eyni zamanda, gender bərabərliyi və media azadlığı ilə bağlı ictimai fikrin formalaşmasında da mühüm əhəmiyyət daşıyır.
 
 

Çıxışlardan sonra "Gender bərabərliyi və media sahəsində Avropa Şurasının standartları”, "Gender bərabərliyi və media: Azərbaycan qanunvericiliyi və təcrübəsi”, "Cinsiyyətçi nifrət nitqi ilə mübarizə”, "Gender məsələlərinin mediada işıqlandırılması”, "Azərbaycan mediasında gender bərabərliyi: Perspektivlər və çağırışlar” adlı sessiyalar çərçivəsində təlimlər başlayıb.
 
 

Xatırladaq ki, yanvarın 23-dən 25-dək davam edəcək təlimlərin məqsədi gənc jurnalistlərə və jurnalistika fakültəsinin tələbələrinə qadın hüquqlarının müdafiəsi, eləcə də təşviq edilməsi istiqamətində ətraflı məlumatların çatdırılmasıdır.

AZƏRTAC
 

 


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056