AZE | RUS | ENG |

“Mediada Azərbaycan dilindən peşəkar istifadə edilməsi təşəbbüslərinə dəstək” layihəsi başlayır

“Mediada Azərbaycan dilindən peşəkar istifadə edilməsi təşəbbüslərinə dəstək” layihəsi başlayır
Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  maliyyə yardımı ilə "Mediada Azərbaycan dilindən peşəkar istifadə edilməsi təşəbbüslərinə dəstək” adlı yeni layihəsinin icrasına başlayıb. Layihənin əsas məqsədi Azərbaycan dilinin işlənməsi, qorunması və inkişafı sahəsində təşəbbüslərə dəstək olmaqdır.
 
Layihə çərçivəsində ölkənin bir neçə regionunda media nümayəndələri üçün peşəkar müzakirə və təlim sessiyaları təşkil ediləcək, eləcə də, peşəkar media mütəxəssislərinin iştirakı ilə ustad dərsləri keçiriləcəkdir. Bunun üçün ölkənin bir neçə regionunda fəaliyyət göstərən media qurumlarına səfərlər təşkil olunacaq və region jurnalistlərinin iştirakı ilə ədəbi dilin qaydalarının mediada düzgün istifadə olunması istiqamətində tədbirlər keçiriləcək.
 
Layihənin üç ay müddətində icra olunması nəzərdə tutulub. Layihənin icrası zamanı mediada ədəbi dil qaydalarının pozulması hallarına qarşı ictimai rəy formalaşdırmaq məqsədi ilə yekun video çarx da hazırlanacaq və sosial media vasitəsi ilə geniş ictimaiyyətn diqqətinə çatdırılacaq.
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2135
TRY 1 Türk lirəsi 0.3020
KWD 1 Küveyt dinarı 5.6066
SEK 1 İsveç kronu 0.1881
EUR 1 Avro 1.9479
CHF 1 İsveçrə frankı 1.7064
USD 1 ABŞ dolları 1.7000