• cümə, 19 Aprel, 22:22
  • Baku Bakı 24°C

“Mediada Azərbaycan dilindən peşəkar istifadə edilməsi təşəbbüslərinə dəstək” layihəsi başlayır

16.05.18 13:25 721
“Mediada Azərbaycan dilindən peşəkar istifadə edilməsi təşəbbüslərinə dəstək” layihəsi başlayır
Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Mediada Azərbaycan dilindən peşəkar istifadə edilməsi təşəbbüslərinə dəstək” adlı yeni layihəsinin icrasına başlayıb. Layihənin əsas məqsədi Azərbaycan dilinin işlənməsi, qorunması və inkişafı sahəsində təşəbbüslərə dəstək olmaqdır.
Layihə çərçivəsində ölkənin bir neçə regionunda media nümayəndələri üçün peşəkar müzakirə və təlim sessiyaları təşkil ediləcək, eləcə də, peşəkar media mütəxəssislərinin iştirakı ilə ustad dərsləri keçiriləcəkdir. Bunun üçün ölkənin bir neçə regionunda fəaliyyət göstərən media qurumlarına səfərlər təşkil olunacaq və region jurnalistlərinin iştirakı ilə ədəbi dilin qaydalarının mediada düzgün istifadə olunması istiqamətində tədbirlər keçiriləcək.
Layihənin üç ay müddətində icra olunması nəzərdə tutulub. Layihənin icrası zamanı mediada ədəbi dil qaydalarının pozulması hallarına qarşı ictimai rəy formalaşdırmaq məqsədi ilə yekun video çarx da hazırlanacaq və sosial media vasitəsi ilə geniş ictimaiyyətn diqqətinə çatdırılacaq.
banner

Oxşar Xəbərlər