• cümə axşamı, 25 aprel, 11:46
  • Baku Bakı 14°C

“Mədəniyyətlərarası dialoq və Azərbaycan-İspaniya-Moldova əlaqələri”

08.04.19 09:07 670
“Mədəniyyətlərarası dialoq və Azərbaycan-İspaniya-Moldova əlaqələri”
Aprelin 2-də Moldovanın paytaxtı Kişinyovda fəaliyyət göstərən İspaniya-Rumıniya litseyində böyük tərkibdə "Mədəniyyətlərarası dialoq və Azərbaycan-İspaniya-Moldova əlaqələri” adlı tədbir həyata keçirilib.
Tədbir Azərbaycan lobbiçilik məktəbinə daim dəstək vermək məqsədilə müxtəlif səpkidə beynəlxalq tədbirlər keçirən Mahir Qurbanov, Mətanət Qarabağlı və İspaniya-Rumıniya litseyi olan "Miguel de Cervantes Saavedra" ilə birgə əməkdaşlıq əsasında həyata baş tutub. Eyni zamanda "Sputnik TV" Moldova da Azərbaycanla baglı geniş tərkibdə söhbət aparılıb.
Tədbirin bir neçə məqsədləri mövcuddur. Moldovada yaşayan ispan dilli cəmiyyətə və ispan dilli moldova gənclərinə, o cümlədən ispan dilli ölkələrin Moldovada akkreditə olmuş diplomatik korpuslarına ispan dilində Azərbaycan haqqında düzgün olan məlumatları vermək, vətənimizin qədim olan tarixini,zəngin olan mədəniyyəti təmsil etmək, Qarabağ və Xocalı soyqırım həqiqətlərini bu icmaya çatdırmaq,ümumiyyətlə Azərbaycanımızı təmsil etməkdən ibarət olub.
Tədbir Azərbaycan və Moldova Respublikalarının dövlət himnlərilə başlayıb. İlk söz "Miguel de Cervates Saavedra"nın direktoru Rodica Postu verilib. O, Moldova-Azərbaycan dostluq əlaqələri haqqında çıxış edib.
Sonra tədbirdə Azərbaycanı təmsil edən layihə rəhbəri Mahir Qurbanov çıxış edib. O, Qarabağ həqiqətləri və Azərbaycanda son illərdə aparılan iqtisadi islahatlar haqqında məlumat verib.
Azərbaycanın inkişafda olan turizm, jurnalistika, təhsil və başqa sektorlar haqqında məlumat verən layihə koordinatoru Mətanət Qarabağlı qeyd edib ki, bu tipli tədbirlərin keçirilməsi çox önəmli proseslərdən hesab olunur.
İspaniya-Azəbaycan əlaqələrinin inkişaf prosesi haqqında söz açan AECİD proqramının ispan müəllimi Guillermo Penades Rubio İspaniyada təhsil imkanları və tələbə mübadilə programlar haqqında məlumat verib. Litseyin ispan dili müəllimi Leonid Coval Azərbaycanın Qafqazda vacib ölkə olduğunu qeyd edib.
Sonra Azərbaycanla bağlı video çarx nümayiş etdirilib. Azərbaycanda fəaliyyət göstərəcək "Fran Rivera" və "Miguel de Cervantes Saavedra" arasında əməkdaşlıq memorandumu imzalanaraq xatirə foto çəkdirilib. Tədbir litsey tələbələrin hazırladığı konsert proqramı ilə davam edib. Sonda isə qonaqların şərəfinə ziyafət verilib.
Aprelin 4-də isə Mahir Qurbanov və Mətanət Qarabağlı Moldova parlamentində müxtəlif səpkidə yerli millət vəkillərilə görüşlər keçiriblər. Deputat Lilian Carp Azərbaycandan gələn qonaqları parlamentlə tanış edərək məlumatlar verib.
Səfərin son günlərində isə Moldovada yaşayan Azərbaycan diasporasının fəalları ilə görüş keçirilıb.
banner

Oxşar Xəbərlər