• cümə, 19 Aprel, 12:12
  • Baku Bakı 25°C

Mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü verildi

07.05.21 18:53 607
Mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü verildi
Prezident İlham Əliyev Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
Kaspi.az xəbər verir ki, Sərəncamla "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alınır:
- Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
Mahmudov Abduləhəd Əlisa oğlu
Mirzəhəsənov Hüseyn-Səfa Qvaməddin oğlu
Nurzadə Əli Qayıb oğlu
Seyidov Uran Seyid Musa oğlu
Şarovskaya Natalya Yuryevna.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
banner

Oxşar Xəbərlər